Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:50

«Nəticə olmasa, böhran davam edəcək»


«Hər şey iki gündən sonra prezidentlərin görüşündə məlum olacaq»
«Hər şey iki gündən sonra prezidentlərin görüşündə məlum olacaq»

«Əgər Ermənistanın yeni rəhbərliyi Qarabağ məsələsində əvvəlki siyasi kursu davam etdirəcəksə, böhran davam edəcək».


Bunu «Azadlıq» radiosuna Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov deyib.


Onun sözlərinə görə, Dağlıq Qarabağla bağlı danışıqların gələcəyi Yerevandan asılıdır:


«İstərdim Yerevan anlasın ki, Azərbaycanla Ermənistan qonşu olaraq qalmalıdırlar. Coğrafiyanı dəyişmək mümkün deyil. Yəqin ki, Ermənistan tərəfi bu prinsiplərə uyğun hərəkət etməsə, ayrı heç bir şey olmayacaq və növbəti kritik nöqtəyə qədər böhran davam edəcək».


Nazir müavini onu da vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yumşalda bilər. Ancaq o, bu yumşalmanın mahiyyətini açıqlamayıb. Deyib ki, «hər şey iki gündən sonra prezidentlərin görüşündə məlum olacaq».


İlham Əliyevlə Serj Sərkisyan iyunun 7-də Sankt-Peterburqda keçiriləcək İqtisadi Forum çərçivəsində görüşəcəklər.


Əzimov deyib ki, Ermənistanın yeni rəhbərliyinin mövqeyi məlum olandan sonra müzakirələrin taleyi müəyyənləşəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG