Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:06

«Ötən ayda tənqidçi jurnalistlər öz həyatlarından ehtiyatlanmaqda davam ediblər»


«Ötən ayda Azərbaycanda tənqidçi jurnalistlər öz həyatlarından və təhlükəsizliklərindən ehtiyatlanmaqda davam ediblər». Media Hüquqları İnstitutunun may ayı üçün hazırladığı hesabatda belə deyilir. Sənəddə bildirilir ki, hökumət jurnalistlərə qarşı törədilmiş zorakılıq aktlarının, fiziki hədələrin obyektiv təhqiqatının aparılmasını təmin etmir: «Ölkənin firavan gələcəyi yolunda gözü qorxudulmayan və siyasi hədə-qorxuların təsirinə məruz qalmayan medianın cücərməsinə həvəs göstərmir».


Hesabat müəllifləri hesab edirlər ki, jurnalistləri toplum üçün önəmli mövzular barədə yazmaqdan çəkindirməyə xidmət edən təhdidedici qorxunc hərəkətlər mayda da davam edib. Media Hüquqları İnstitutu bildirir ki, ötən ayda mətbuata məhkəmə davaları açılıb.


İnstitut bir neçə müddətdi ki, hər ay ölkə mətbuatının vəziyyətini təhlil edir. Ölkə rəsmiləri isə bildirirlər ki, Azərbaycanda mətbuata heç bir təzyiq yoxdu.


XS
SM
MD
LG