Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:06

İntihar etmiş məhbusla bağlı cinayət işi açılıb


Qobustan həbsxanasında ömürlük həbsə məhkum edilmiş Zeynal Kərimov intihar edib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Mehman Sadıqovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, məhkum intihar edərkən kamerada tək olub. O, vərəm xəstəliyindən əziyyət çəkirmiş və 9 ay nazirliyin müalicə müəssisəsində müalicə kursu keçib.


Yerli mətbuatın yazdığına görə, məhkum sağlam məhbuslarla bir kamerada saxlanmasına etiraz edib və həbsxanaya qaytarılarkən əlindən alınan dərmanların geri qaytarılmasını istəyib. Amma onun tələbi yerinə yetirilməyib.


Mehman Sadıqov isə deyir ki, hazırda intiharın səbəbləri araşdırılır. Məsələ ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG