Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:43

Bir gündə iki məhkəmə


«Azadlıq» qəzetinin iki əməkdaşı hazırda həbsdədir

«Azadlıq» qəzetinin iki əməkdaşı hazırda həbsdədir

«Azadlıq» Hərəkatçıları Birliyinin rəhbəri Təhmasib Novruzovun «Azadlıq» qəzetinə qarşı məhkəmə iddiasına baxılması təxirə salınıb. O, qəzetin indiki təsisçilərindən alınmasını istəyir.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov deyir ki, qəzetin vəkili Elçin Sadıqov ölkədə olmadığından Yasamal Rayon Məhkəməsinə gələ bilməyib: «Biz xahiş etdik ki, məhkəmə təxirə salınsın. Hakim də məhkəməni iyulun 1-nə qədər təxirə saldı».


1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin orqanı kimi yaradılan «Azadlıq» qəzetinin hazırda təsisçisi redaksiyanın kollektividir.


İyunun 5-də «Azadlıq» qəzetinə qarşı digər məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsində olub. Qəzetin əməkdaşı Aqil Xəlilin bir müddət öncə bıçaqlanmasıyla bağlı qaldırılan cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Azər Əhmədov deyir ki, vəkilin iştirak etməməsi səbəbindən bu iclasın da təxirə salınmasını istəyiblər. Amma hakim bunu ciddi əsas saymayıb və proses iyunun 20-nə təyin edilib.


Aqil Xəlili bu il fevralın 22-də vəzifə borcunu yerinə yetirərkən «Zeytun bağı» adlanan ərazidə bir qrup şəxs döyüb. Martın 13-də ürək nahiyəsindən bıçaqlanıb. Jurnalist bildirir ki, ona yazılarına görə təzyiq edirlər.


Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları jurnalistə olan hücumları pisləyir, Azərbaycan hökumətindən günahkarları cəzalandırmağı tələb edir.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı satirik şair Mirzə Sakit də müxtəlif ittihamlarla həbs olunublar.



Günün bütün mövzuları

XS
SM
MD
LG