Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

Bakı Olimpiadasız qaldı


Pekində keçiriləcək 29-ci yay olimpiya oyunları məşəlinə od vurulması mərasimi, 24 mart 2008
Pekində keçiriləcək 29-ci yay olimpiya oyunları məşəlinə od vurulması mərasimi, 24 mart 2008

Bakı 2016-cı il Olimpiadasının keçirilməsinə namizəd şəhərlərin yekun siyahısına düşmədi. Bu barədə qərar iyunun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Afinada keçirilən iclasında qəbul olunub.


Komitənin prezidenti Jak Roqqenin elan etdiyi yekun siyahıya yeddi namizəd şəhərdən dördü düşüb. Bunlar Çikaqo, Madrid, Rio-de Janeyro və Tokiodur. Bakı, Doha və Praqa siyahıdan kənarda qalıb. 2016-cı il Olimpiadasının hansı şəhərdə keçiriləcəyi 2009-cu il oktyabrın 2-də Kopenhagendə bəlli olacaq.


Keçən il Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanın ərizəsini qəbul edərək paytaxt Bakını 2016-cı il Olimpiadasının keçirilməsinə rəsmi namizəd şəhərlər siyahısına daxil etmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG