Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:12

«İranın «Nabukko»da iştirakını təsəvvür etmək çətindir»


Brayza deyib ki, Azərbaycan təkbaşına da «Nabukko»nu təbii qazla təmin edə bilər

Brayza deyib ki, Azərbaycan təkbaşına da «Nabukko»nu təbii qazla təmin edə bilər

«Nabukko» kəmərinə İranın da qaz verməsi təklifini ABŞ-ın dəstəkləməsini təsəvvür etmək çətindir». Bunu Amerika Dövlət katibinin müşaviri Metyu Brayza bildirirb. O, İran tərəfdən səslənən bu təkliflərə münasibətini bildirərkən əlavə edib ki, onun ölkəsi Avropanın qaz təminatı mənbələrinin çoxalması sarıdan «Nabukko»nu dəstəkləyir. İrana gəldikdə isə bu ölkə ilə bağlı ABŞ-ın siyasəti məlumdur. Vaşinqtonun bu layihədə İranın iştirakını dəstəkləməsini təsəvvür etmək çətindir.


İranın «Nabukko» kəmərinə qaz verməsi barədə təkliflərin müzakirə edildiyini iyunun 4-də İran mənbələri yaymışdılar. Həmin gün Bakıda səfərdə olan İranın Xarici İşlər nazirinin müavini Alirza Şeyx Attarın bildirdiyinə görə, hazırda Avropa ölkələrinin bu istəyi müzakirə olunur.


ABŞ Dövlət katibinin müşaviri Metyu Brayza jurnalistlərlə söhbətində əlavə edib ki, Azərbaycan təkbaşına da «Nabukko» və Türkiyə-Yunanıstan-İtaliya boru kəmərlərini təbii qazla təmin etmək üçün kifayət qədər ehtiyata malikdir.


Avropanın ən böyük qaz təchizatçılarından olan Rusiyanın «Qazprom» şirkəti də Bakıya təklif edib ki, Azərbaycanın bütün təbii qazını Avropa bazarında olan qiymətlərlə almağa hazırdır. ABŞ nümayəndəsi M.Brayza isə iyunun 4-də Bakıda jurnalistlərə bildirib ki, Rusiyanın «Qazprom» şirkəti Avropada təbii qazı istədiyi qiymətə satır və bu, azad bazar prinsiplərimizə ziddir: «Buna görə də, işləri sürətlənməli, digər mənbələr tapılmalı, təchizat artırılmalıdır. Lakin Rusiya ilə rəqabətə girmək Azərbaycan üçün çətinlik yaradacaq».


Brayza Bakıdan sonra Moskvaya gedəcək. O, «Qazprom» rəhbərliyi ilə danışıqlar aparacaq: «Mən istəyirəm ki, «Qazprom»dakı həmkarlarımız bizim onlara qarşı olmadığımızı anlasınlar. Biz və Avropa Birliyi inhisarlaşmaya qarşıyıq, amma bu, o demək deyil ki, Rusiya şirkətinə qarşı hansısa xüsusi fəaliyyətlə məşğuluq».


Transxəzər layihəsinə toxunan Metyu Brayza deyib ki, bu marşrutun reallaşması Azərbaycan-Türkmənistan münasibətlərindən asılıdır. Eyni zamanda, iki ölkə arasında əlaqələr addım-addım genişləndiyi üçün ABŞ hazırda buna qarışmaq istəmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG