Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:11

«İran «Nabukko» marşrutuna qoşulmağa razıdır»


İranın Xarici İşlər nazirinin müavini Alirza Şeyx Attar

İranın Xarici İşlər nazirinin müavini Alirza Şeyx Attar

Bunu «Azadlıq» radiosuna Bakıda səfərdə olan İranın Xarici İşlər nazirinin müavini Alirza Şeyx Attar bildirib.


O, deyib ki, məsələ müzakirə olunur:


«Bu, Avropa ölkələri tərəfindən göstərilən maraq idi. Onlar «Nabukko» layihəsində bizim qazdan istifadə etmək istəklərini bildiriblər. Biz də bunu nəzərə almışıq. Məsələ hazırda müzakirə olunur».


Alirza Attar Azərbaycan rəsmiləri ilə siyasi və təhlükəsizlik məsələlərini də müzakirə edəcək. O, deyib ki, iki ölkə arasında səmimi və isti münasibətlər mövcuddur.


Ötən il sentyabrın 20-də Azərbaycan və Avstriya hökumətləri arasında «Nabukko» qaz kəməri layihəsinə dair anlaşma memorandumu imzalanıb. Mərkəzi Asiyadan Avropaya təbii qaz daşınması üçün nəzərdə tutulan «Nabukko» qaz kəməri üzrə layihədə Avstriya ilə yanaşı Macarıstan, Bolqarıstan, Rumıniya və Türkiyə iştirak edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG