Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:35

«Seçkilər enerji təhlükəsizliyi üçün vacibdir»


«Biz Azərbaycandakı seçkiləri diqqətlə izləyəcəyik»

«Biz Azərbaycandakı seçkiləri diqqətlə izləyəcəyik»

«Azərbaycandakı seçkilərin demokratikliyi enerji təhlükəsizliyi üçün olduqca vacibdir».


Bunu ABŞ dövlət katibinin müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza «Azadlıq» radiosuna müsahibəsində bəyan edib.


O, deyib ki, yalnız xalqın dəstəyini qazanan demokratik hakimiyyətlər ölkənin milli maraqları baxımından sərbəst qərarlar qəbul etmək iqtidarındadırlar.


Cənab Brayza vurğulayıb ki, Vaşinqton enerji ölkəsi olan Azərbaycanla iqtisadi sahə ilə yanaşı, siyasi və təhlükəsizlik sahələrində də əməkdaşlığı genişləndirmək niyyətindir:


«Azərbaycanın təhlükəsizlik baxımından əhəmiyyəti demokratiya və dünyəvi dövlət prinsiplərin əhəmiyyətindən heç də geri qalmır. Deməliyəm ki, ölkə bu sahədə bir sıra uğurlu addımlar atıb. Biz Azərbaycandakı seçkiləri diqqətlə izləyəcəyik. Ümid edirik ki, bu seçkilər ölkənin demokratiya ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasının nümayişi olacaq».


ABŞ diplomatı deyib ki, Azərbaycan Xəzər regionunda açıq bazarın yaradılması istiqamətində mühüm addımlar atıb. Amma onun fikrincə, «Nabukko» və digər layihələrin sürətləndirilməsi baxımından da intensiv səylər göstərilməlidir.


Problemlər arasında Metyu Brayza ARDNŞ və BOTAŞ arasında olan kommersiya əngəlini göstərib. «Bu, kommersiya məsələsidir. Hər iki tərəf haqlıdır. Ümid edirəm ki, tərəflər ortaq məxrəcə gələ biləcəklər».


Brayza onu da deyib ki, enerji təhlükəsizliyinin digər qarantı Qarabağ münaqişəsinin həllidir. Amerikalı həmsədr bu ili münaqişənin həlli prosesində mühüm il sayılır:


«Danışıqlarda masa üzərindəki balanslaşdırılmış təkliflər nəzərə alınmalıdır. Mən həm Azərbaycan, həm Ermənistanın yüksək səviyyəli rəsmilərilə görüşlər keçirmək üçün Moskva və Sankt-Peterburqa səfərə çıxmağımdan qürur duyuram. Bu məqamda prezidentlərin Sank-Peterburqda, iyunun 7-i keçiriləcək görüşündən gözləntilər odur ki, onlar bir-birilə tanış olub, sərbəst şəkildə istədikləri mövzuda danışa bilmək şansı əldə etsinlər».


Həmsədr xatırladıb ki, bir ay əvvəl xarici işlər nazirləri Strasburqda çox yaxşı ünsiyyət qura biliblər. Buna görə də o, ümid var ki, Sank-Peterburqda prezidentlərin görüşü son Praqa prosesində hiss olunan irəliləyiş nöqtəsinin qayıtması ola bilər.


Müsahibəni saat 17.00-da efirə gedəcək «Azadlıq» radiosunun «İşdən sonra» proqramında dinləyə bilərsiniz.


Günün bütün mövzuları

XS
SM
MD
LG