Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:36

«44 nəfər azərbaycanlının qanı batırıldı»


Basman bazarında faciə 2006-cı ilin fevralın 23-də baş verib
Basman bazarında faciə 2006-cı ilin fevralın 23-də baş verib

Moskvanın Basman bazarının çökməsi ilə bağlı qaldırılmış cinayət işini dayandırılıb. İstintaq onlarla insanın həlak olduğu faciədə «günahkar» tapmayıb. Bu barədə «Ekspress» yazıb.


Rusiya Baş Prokurorluğunun Moskva üzrə idarəsinin İstintaq Komitəsinin yaydığı rəsmi açıqlamada bildirilir ki, cinayət işində yeganə şübhəli şəxs olan Mark Mişiyevə qarşı irəli sürülmüş ittihamlar qüvvədən düşüb və cinayət işi dayandırılıb.


Qəzet yazır ki, İstintaq Komitəsinin rəsmi nümayəndəsi Mixail İonkinin dediyinə görə, «baş vermiş hadisədə suçlu olanlar» tapılmayıb.


Mark Mişiyevin vəkili Aleksandra Alitovskaya da «Ekspress» əməkdaşı ilə söhbətində müvəkkilinin heç bir günahı olmadığını söyləyib: «Bazarı layihələndirənlər, tikənlər və istismar edənlər qaydaları pozublarsa, Mişiyevin ən günahı var?!».


Moskvanın Basman bazarında 2006-cı ilin fevralın 23-də troslar sistemi vasitəsilə saxlanan və günbəz formasında olan dam örtüyünün çökməsi nəticəsində 3 min kvadrat metrdən artıq sahə dağılıb. 68 nəfər yerindəcə həlak olub, 39 nəfər ömürlük şikəst qalıb. Faciəli şəkildə həlak olanların 44 nəfəri isə azərbaycanlı idi.


Azərbaycanın Rusiyadakı səfirliyi Basman bazarındakı faciədə «günahkarların tapılmaması» ilə bağlı qərarı «hüquq-mühafizə orqanlarının sübut və dəlillərə əsasında gəldiyi nəticə» hesab edir.


Basman bazarında həlak olanların ailə üzvləri, yaxınları və tanışları isə tam tərsini deyir.


«Ekspress» faciə baş verən günün ertəsi Basman bazarının iri biznes strukturları arasında yer və gəlir qarşıdurmasının qurbanı olduğunu yazmışdı.


«Yeni Müsavat» yazır ki, ölkə müxalifəti hazırda «nə etməli» sualı qarşısındadır.


«Seçki Məcəlləsinə dəyişikliklər edilməsi və ölkədə sərbəst toplaşmaq azadlığına faktiki qadağa qoyulması yeni siyasi situasiya yaradıb. Müxalifətin seçkiləri boykot etmək mövqeyində olan hissəsinin əlinə yeni arqument düşüb. Hamını boykota çağırırlar. Siyasi ekspertlər isə yaranan yeni situasiyada yeni taktikanın işlənib həyata keçirilməsini vacib hesab edirlər. Fakt budur ki, müxalif düşərgənin qarşısında «Nə etməli» sualı dayanıb».


ADP sədri Sərdar Cəlaloğlu isə bu fikirdədir ki, mövcud situasiya indi yox, 1993-cü ilin 4 iyun qiyamından sonra yaranıb və 15 ildir ki, davam edir. O, «Yeni Müsavat»a deyib: «Bu 15 ildə bizim apardığımız mübarizə istənilən effekti verməyib. Bunun da əsas səbəbi odur ki, beynəlxalq təşkilatlar Azərbaycanın daxili siyasətində iştirak etməyə başlayıblar. Onların iştirakı demokratikləşməyə xeyir verməyib. İndi status-kvonun bərpası üçün beynəlxalq təşkilatların ciddi əməli tədbirlər lazımdır».


«Azərbaycan bu illər ərzində sübut etdi ki, biz etibarlı tərəfdaşıq. Biz xarici şirkətlərlə qarşılıqlı maraqlar əsasında işləyirik və 14 il ərzində, 1994-cü ildən bu günə qədər Azərbaycanda işləyən şirkətlərlə Dövlət Neft Şirkəti, yaxud da hökumət qurumları arasında heç bir ciddi mübahisə, heç bir ciddi münaqişə olmamışdır. Biz bu gözəl əməkdaşlıq mühitindən səmərəli istifadə edirik». Bunu prezident İlham Əliyev Xəzər dənizinin neft və qaz ehtiyatlarına həsr olunmuş sərgi-konfransda deyib. Məlumatı «Azərbaycan» qəzeti yayıb.


Bundan əlavə dövlət qəzetləri 1993-cü ilin 4 iyun hadisələri haqqında geniş məqalələr dərc ediblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG