Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:39

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü başlayıb


Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan (arxiv)

Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan (arxiv)

İyunun 4-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisində prezident İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan görüşü başlayıb.


Görüşdə Naxçıvana yeni dəmiryollu xəttinin çəkilişi, Ərzurum-Naxçıvan qaz kəmərinin inşası, Muxtar Respublikadan Türkiyəyə yeni aviareyslərin açılması məsələləri və s. müzakirə olunur.


Ərdoğan MR-ə geniş nümayəndə heyəti ilə gəlib. Nümayəndə heyətinə Türkiyənin enerji və nəqliyyat nazirləri də daxildir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüşdən sonra hər iki tərəfdən hökumət təmsilçilərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.


«Azadlıq» radiosunun müxbiri xəbər verir ki, son iki gündə ətraf rayonlardan şəhərə gəliş məhdudlaşdırılıb.


İyunun 3-dən Naxçıvanda olan prezident İlham Əliyev bir sıra obyektlərin açılışında iştirak edib.



Günün bütün mövzuları

XS
SM
MD
LG