Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:59

Sərhəddə insident. Ölən və yaralananlar var


Hadisə Azərbaycan-İran sərhəddində baş verib

Hadisə Azərbaycan-İran sərhəddində baş verib

İyunun 3-də səhər saat 4-5 radələrində Cəlilabad rayonunun Zəhmətabad kəndi yaxınlığında insident baş verib. Hadisə bir qrup İran vətəndaşının sərhədi keçmək cəhdinin qarşısı alınarkən baş verib. Nəticədə atışma olub, sərhəd pozucularından bir nəfər öldürülüb, iki nəfərsə yaralanıb. Bir nəfər isə hadisə yerindən qaçıb.


APA-nın məlumatına görə, yaralananlar Məhəmmədi Ruhulla Mirəxan oğlu və Həsənzadə İsrafil Barat oğlu Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların üzərində əməliyyat aparılıb, vəziyyətləri orta-ağırdır.


Hadisə ilə bağlı rəsmi qurumlar açıqlama vermirlər.


Son aylar Azərbaycan-İran sərhədi tez-tez pozulur. Lənkərandakı «N» saylı sərhəd dəstəsinin komandiri Mehman Hüseynov bu günlərdə demişdi ki, 2008-ci ilin beş ayında sərhəd dəstəsinin ərazisində 18 nəfər sərhəd pozucusu tutulub. Bunlardan biri Türkiyə, üçü Rusiya, dördü Əfqanıstan, doqquzu İran, biri isə Azərbaycan vətəndaşıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG