Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:33

Corc Buş Qazaxıstan neftinin Azərbaycandan nəqlinə ümid edir


«Tezliklə Azərbaycandan keçəcək Qazaxıstan neftinin artan həcmini görməyimizə ümid edirik»
«Tezliklə Azərbaycandan keçəcək Qazaxıstan neftinin artan həcmini görməyimizə ümid edirik»

ABŞ prezidenti Corc Buş azərbaycanlı həmkarı İlham Əliyevi 15-ci Beynəlxalq Xəzər neft və qaz sərgi və konfransının açılışı münasibətilə təbrik edib.


Cənab Buş bildirir ki, Azərbaycanın enerji sektorundakı liderliyi və strateji uzaqgörənliyi Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin timsalında Şərq-Qərb enerji dəhlizinin yaranmasını mümkün edib: «Azərbaycanın aparıcı beynəlxalq enerji şirkətləri ilə birgə öz karbohidrogen sektorunu inkişaf etdirməsi həm Xəzər regionunun iqtisadi tərəqqisini təmin etdi, həm də qlobal enerji təhlükəsizliyini artırdı».


Corc Buş bildirir ki, Azərbaycan dünya bazarlarının neft təchizatının artırılmasına başladığından, ABŞ və onun avropalı tərəfdaşları Azərbaycanda həm də qaz hasilatının genişləndiriləcəyinə ümid edir: «İnanırıq ki, bu, Azərbaycanın strateji əhəmiyyətini artıracaq və Türkiyə-Yunanıstan-İtaliya və «Nabukko» qaz boru kəmərlərinin reallaşması ilə Avratlantik Birliyi ilə əlaqələrini dərinləşdirəcək».


ABŞ prezidenti deyir ki, Azərbaycan Mərkəzi Asiya qazının gələcəkdə Avropa bazarlarına ixracatında da mühüm rol oynaya bilər: «Tezliklə Azərbaycandan keçəcək Qazaxıstan neftinin artan həcmini görməyimizə ümid edirik. Çünki hər iki ölkə Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan layihələrində yaranan rentabelli və ekoloji cəhətdən təmiz neft nəqli sisteminin gücləndirilməsi istiqamətində Gürcüstan və Türkiyə ilə birgə çalışır».


Üç gün davam edəcək 15-ci Beynəlxalq Xəzər neft və qaz sərgi və konfransı iyunun 3-də işinə başlayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG