Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

«Seçki münasibətlərimizin gələcəyi üçün vacibdir»


«Avropa Birliyi Azərbaycanla stabil münasibətlər axtarır»

«Avropa Birliyi Azərbaycanla stabil münasibətlər axtarır»

«Qarşıdakı seçki Azərbaycanla münasibətlərimizin gələcəyi üçün vacib əsas olacaq». Bunu Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya səfərinin yekununda bəyan edib. O, xatırladıb ki, prezident seçkisi Azərbaycanın Avropa Qonşuluq Planını qəbul etməsindən sonra keçiriləcək ilk seçkidir:


«Bu seçki həm Avropa Birliyi, həm də Azərbaycan üçün çox vacibdir. Biz ATƏT və Avropa Şurası ilə birlikdə seçki mühitinin yaxşılaşdırılması üçün nə edəcəyimizi düşünürük».


Semnebi deyib ki, çox işlər görülməlidir:


«Seçkidə müşahidəçilik mühiti yaxşılaşdırılmalı, mediaya çıxış sadələşdirilməli, sərbəst toplaşmaq təmin edilməlidir. Bundan əlavə səslərin hesablanması və şikayətlərə baxılma proseduru da çox vacibdir».


Semnebi bildirib ki, mətbuat azadlığı da Avropa Birliyinin Azərbaycanla münasibətlərinin vacib komponentidir:


«Jurnalistlərin həbsi bizi çox narahat edir. Məsələyə diqqətimizi və bəyanatlarımızı davam etdirəcəyik. Ümid edirik ki, hakimiyyətlə danışıqların yekununda konkret nəticələr olacaq».


Semnebi iyunun 2-dən Bakıdadır. O, ölkə rəsmiləri, müxalifət liderləri, QHT təmsilçiləri və Türkmənistanın Bakıdakı səfiri ilə də görüşüb.


Xüsusi nümayəndə deyib ki, enerji məsələsi Avropa Birliyinin Azərbaycanla danışıqlarının siyasi gündəliyində mühüm yer tutur:


«Hətta demək olar ki, münasibətlərimizin əsasını təşkil edən məsələlərdən biridir. Amma demokratiya da bizim üçün vacibdir. Bu elementlər balanslı olmalıdır. Çünki Avropa Birliyi Azərbaycanla stabil münasibətlər axtarır».


Semnebi onu da deyib ki, AB Azərbaycan Türkmənistan münasibətlərini genişləndirməyə çalışacaq.


XS
SM
MD
LG