Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:16

«Mən yeni mübarizə cəbhəsinin açılmasını gözləyirəm»


«Təkcə bir piketdə 70-ə yaxın tərəfdaşımı həbs etdilər…»
«Təkcə bir piketdə 70-ə yaxın tərəfdaşımı həbs etdilər…»

Parlament Seçki Məcəlləsinə dəyişiklikləri qəbul etdikdən sonra ölkədə yaranmış siyasi vəziyyət «İşdən sonra» proqramında müzakirə olunub.


Azərbaycan Naminə Forumun rəhbəri Eldar Namazov deyir ki, o, bu seçkiyə mübarizə meydanı kimi baxır: «Mənim üçün hansı namizədin neçə faiz səs toplaması vacib deyil. Vacib olan odur ki, bu mübarizəyə qoşulasan. Artıq Azərbaycan hakimiyyəti demokratiya ilə imitasiya etmir, əksinə indi ölkədə avtoritarizm möhkəmlənib». E.Nmazaovun fikrincə, mübarizədən başqa variant yoxdur.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, ölkədə demokratiya uğrunda mübarizəyə daha çox adam qoşulmalıdır. O, lideri olduğu partiyanın və tərəfdaşlarının ardıcıl olaraq hakimiyyətin təqiblərinə məruz qaldığını, həbs edildiyini söylədi:


«Mənim tərəfdarlarım ardıcıl təzyiqlərə məruz qalırlar. Bahəddin Həziyevin üstündən maşınla keçdilər, «Azadlıq» qəzetinə qarış səlib yürüşü keçirilir, mənə yaxın gənclər təşkilatlarının təmsilçiləri həbs edilir, partiyamın qərargahı əlindən alınıb…»


AXCP sədri bəyan edir ki: «Mən yeni mübarizə cəbhəsinin açılmasını gözləyirəm. 2005-ci ilin parlament seçkilərindən öncə bir neçə dəfə kütləvi aksiya keçirdik. Təkcə bir piketdə 70-ə yaxın tərəfdaşımı həbs etdilər… İnsanlar passiv şəkildə narazılıqlarını bildirməməlidirlər, əksinə aktiv mübarizəyə qoşulmalıdırlar».


Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov beynəlxalq təşkilatları Azərbaycanda gedən proseslərə qərəzli yanaşmaqda ittiham etdi. O, iddia edir ki, müxalifət ortaya mövqe qoya bilmədiyinə görə dəstəyi yoxdu: «Müxalifət ortaya konkret mövqe qoya bilmədiklərinə görə xalq onları dəstəkləmir. Yarımçıq demokratlıqdan əl çəkmək lazımdır».


YAP funksioneri insanların sərbəst toplaşması üçün yerlərin müəyyən olunduğunu dedi: «Bibiheybət Nərimanov metro stansiyasının qarşısından daha yaxındır. Əgər sosial bazanız varsa gedin aksiyalarınızı keçirin».


Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG