Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:49

ARDNŞ «Abşeron» yatağında «Total»la birgə işləyəcək


«Abşeron» yatağının birgə istismarı ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Fransanın «Total» şirkəti ilə müqavilə imzalayacaq.


Bu barədə jurnalistlərə ARDNŞ-in İnvestisiya idarəsinin rəhbəri Vaqif Əliyev məlumat verib. O, bildirib ki, hazırda bu istiqamətdə danışıqlar gedir. Yatağının işlənməsində ARDNŞ «Total»la bərabər paya malik olacaq.


«Abşeron» yatağı Xəzərin Azərbaycan sektorunda yerləşir və geoloji kəşfiyyat məlumatlarına görə neftlə zəngindir.



XS
SM
MD
LG