Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

«Müxalifətin «B» planı...»


«Seçki qanunvericiliyini dəyişməklə iqtidar müxalifətin planlarını alt-üst etdi»

«Seçki qanunvericiliyini dəyişməklə iqtidar müxalifətin planlarını alt-üst etdi»

Seçki Məcəlləsinə edilən dəyişikliklər seçkiöncəsi situasiyanı bir az da gərginləşdirib. «Söhbət ondan gedir ki, müxalif qüvvələr heç olmasa, iqtidarın demokratiyanın imitasiyasından yararlanacağını düşünərək, seçki prosesində yaranacaq minimal imkanlardan kampaniya boyunca istifadə edə biləcəklərinə ümid bəsləyirdi. Və müxalifətin seçkilərdə iştirak etmək istəyən qüvvələri öz planlarını buna uyğun qurmuşdular». Bu barədə «Yeni Müsavat» yazıb. Qəzet iddia edir ki, hakimiyyət seçki qanunvericiliyinə «əcaib» dəyişikliklər edərək, müxalif qüvvələrin bu planlarını alt-üst eləmiş oldu.


Qəzet yazır ki, bəs belə olan şəraitdə müxalifətin «B variantı», yəni yaranmış situasiya üçün planı varmı?


Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı: «Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyətinin apardığı siyasi xətt göstərir ki, onlar nəinki seçkiqabağı şəraiti demokratikləşdirmək, əksinə, avtoritar rejimi möhkəmləndirmək yolunu tutub. Yəni yeni siyasi xətt irəli sürülüb və demokratiyanın imitasiyasından da imtina etmək yoluna qədəm qoyuldu».


Müsavatın deputat qrupunun üzvü Pənah Hüseyn: «Yaranmış vəziyyətə görə müxalifətin taktikasında çox ciddi dəyişikliklər olmalıdır. Bunun təfərrüatları barədə yalnız qeyd etdiyim kimi, ciddi təhlillərdən sonra danışmaq olar. Hesab edirəm ki, bu taktikanın nəzəriyyəsi hazırlanacaq və həyata keçirilməyə başlayacaq. Bu baxımdan düşünürəm ki, Azərbaycanda artıq yenidən demokratik hərəkat mərhələsi başlayıb. İqtidarın həyata keçirdiyi siyasət bunu zəruri edir».


«Azadlıq» blokunun boykot qərarı daxili ictimaiyyətin razı qalmadığı bir gedişdir. Bəs beynəlxalq aləm? Bununla bağlı ilk təəssüratımız da belədir ki, xarici aləm də bu məsələ də «Azadlıq» blokunu haqsız sayır»- bunu «Yeni Azərbaycan» yazıb.


«Nabucco» niyə bahalaşır?» «Ekspress» bu suala cavab axtarır. Qəzet yazır ki, Xəzər və Orta Asiya regionundan Avropa Birliyinə təbii qazın nəql olunmasını nəzərdə tutan «Nabucco» layihəsinin reallaşdırılması üçün 7,9 milyard avro gərəkdir. Rusiyadan yan keçmək şərtilə inşa ediləcək boru kəməri layihəsindəki şirkətlər konsorsiumu əvvəl hesab edirdi ki, marşrut 4,6 milyard avroya başa gələcək.


ARDNŞ isə «Nabucco»nun bahalaşmasının layihə ilə bağlı işlərə ciddi təsir göstərməyəcəyini bildirib.


«Bahalaşma labüd və əslində, nə qədər qəribə də olsa, normal prosesdir. Dünya bazarında ərzaq məhsullarından tutmuş, metallar və enerjidaşıyıcılarınadək bahalaşma müşahidə olunursa, layihənin əvvəlki smetada qalması mümkün deyildi», - Dövlət Neft Şirkəti yetkililəri «Ekspress»ə bildirdilər.


Ümid partiyasının sədri İqbal Ağazadə «Üç nöqtə»yə müsahibəsində deyib ki, «iqtidar-müxalifət dialoqunun predmeti yoxdur».


«Ümid partiyası olaraq hesab edirik ki, ən sərt seçki qanunları olsa belə, prosesin içində olmaq və cəmiyyətin daha da demokratikləşməsində passiv xətt deyil, aktiv mübarizə yolunu seçmək lazımdır. Ona görə də seçkidəyik».


Günün bütün mövzuları

XS
SM
MD
LG