Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:12

Azərbaycan qazına yeni müştəri - «Qazprom»


A.Miller: «Bizim ümumi maraqlarımız var»
A.Miller: «Bizim ümumi maraqlarımız var»

«Qazprom» uzunmüddətli müqavilə əsasında Azərbaycan qazını bazar qiymətlərinə almaq niyyətindədir. Bu barədə «Qazprom»un mətbuat xidməti məlumat yayıb.


Bu təklifi Rusiya şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller prezident İlham Əliyevlə görüşdə səsləndirib.


A.Miller qeyd edib ki: «Bizim ümumi maraqlarımız var. Biz energetika sahəsində «Qazprom» və Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın inkişafında maraqlıyıq».


Geoloji kəşfiyyat məlumatlarına əsasən Azərbaycanın «Şahdəniz» qaz yatağı da daxil olmaqla 1,5 trln kub. m-ə qədər qaz ehtiyatına malikdir.


«Azərbaycan rəhbərliyi bu təklifdən maksimum yaralanmaq imkanlarını arayacaq. Yəni hakimiyyət seçki öncəsi Rusiya kimi hər şeyə iddialı olan ölkəni ələ almaq, Qərbin demokratiya ilə bağlı təyziqlərini minimuma endirmək üçün bu şansdan yararlana bilər». Məsələni şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban belə deyib.


Ekspert bildirir ki, «Şahdəniz» qazına Qərbdə marağı maksimum artırmaq və nəhayət İran, Rusiya və Qərb arasındakı antaqonist münasibətlərdən istifadə edib manevr imkanlarını getdikcə artıraraq yaxşıca dividentlər əldə etmək olar. Söhbət indidən deyil, 2013-2015-ci illərdə hasil ediləcək qazın bölüşdürülməsindən gedir».


Dünyanın ən iri şirkətləri arasında 19-cu yerdə olan «Qazprom» özü 2007-ci ilə qədər Azərbaycana qaz ixrac edib. Lakin həmin ildən qazın qiyməti qaldırıldığından Azərbaycan onu almaqdan imtina etdi.


2010-11-ci illərdə «Şahdəniz»dən qaz çıxarılması maksimal həddə çatacaq.


Şahdəniz qaz yatağının operatoru isə bp şirkətidir. Bu yataqdan çıxarılan qazın Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixracı nəzərdə tutulur. Avropa Birliyi Rusiyadan enerji asılılığın qarşısını almaq üçün bu qazın idxalında maraqlıdır.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG