Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:22

«PKK ilə bağlı məxfi məlumatlar beynəlxalq təşkilatlara göndərilib»


Bakı şübhələnir ki, PKK-nın fəaliyyəti başqa terror təşkilatları ilə əlaqəlidir

Bakı şübhələnir ki, PKK-nın fəaliyyəti başqa terror təşkilatları ilə əlaqəlidir

Azərbaycan PKK terror təşkilatının ölkə ərazisində fəaliyyəti ilə bağlı məlumatları beynəlxalq təşkilatlara ötürüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim iyunun 2-də ənənəvi mətbuat konfransında bəyan edib.


O deyib ki bunlar məxfi məlumatlardır: «Bizdə bir çox məlumatlar var və bilirik ki, bu təhlükə çox yüksəkdir. Biz onun cavabını verməyə hazırıq».


Bakı işğal olunmuş Azərbaycan ərazilərində Kürd Fəhlə Partiyası (PKK) üzvlərinin yerləşdirildiyini iddia edir, İrəvan isə bunu təkzib edir.


ABŞ Dövlət Departamenti dünyada narkotiklərin dövriyyəsi ilə bağlı hazırladığı son hesabatda PKK-nın da adı əks olunub.


Xəzər İbrahim deyib ki, həm narkotiklərin daşınması, həm də qanunsuz silahların dövriyyəsi ilə bağlı qeyri-ənənəvi təhlükələr regionda geniş yayılıb.


XİN rəsmisi ötən həftə Türkiyə ilə İran arasında qaz kəmərinin partladılmasına da işarə edib. O, deyib ki, enerji təhlükəsizliyi Azərbaycan üçün də vacibdir. Buna görə də tərəfdaş ölkələrdə danışıqlarda bu məsələ qaldırılacaq.


Bakı habelə şübhələnir ki, PKK-nın buradakı fəaliyyəti başqa terror təşkilatları ilə əlaqəlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG