Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

Parlamentdə qalmaqal yarandı


«Hakimiyyət müxalifəti radikal addımlar atmağa təhrik edir»

«Hakimiyyət müxalifəti radikal addımlar atmağa təhrik edir»

Millət vəkili Pənah Hüseyn Seçki Məcəlləsində depozitlə bağlı tələbin götürülməsinə etirazını bildirib. Digər deputat Elton Məmmədov ona artıq Məcəllənin qəbul edildiyini və bu təklifin gec olduğunu deyib.


Pənah Hüseyn sözünü kəsilməsinə etirazını bildirib. «Sən kimsən mənim sözümü kəsirsən. Mən nə danışdığımı bilirəm»-, deyən deputat spikeri iclası idarə etməyə çağırıb.


İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov mübahisə edən deputatları sakitləşdirib.


YAP icra katibinin müavini Siyavuş Novruzov depozit şərtinin aradan qaldırılmasını onun həcminin böyük olması ilə izah edib.


Seçki Məcəlləsinin müzakirəyə təqdim edilən layihəsində depozitin məbləği 300 mindən 10 milyon manata qədər nəzərdə tutulmuşdu. Ancaq parlament yekun variantda bu şərti ləğv etdi.


Pənah Hüseyn jurnalistlərə açıqlamasında deyib ki, Seçki Məcəlləsinin belə variantda qəbul edilməsi ilə müxalifətin seçkilərə hesablanmış taktikası artıq əhəmiyyətini itirir. «Yeni taktika hazırlamaq lazımdır. Məcəllənin belə şəkildə qəbul etdirməklə hakimiyyət müxalifəti radikal addımlar atmağa təhrik edir. Eyni zamanda bu, kiminsə namizədliyinin qarşısının alınmasına yönəlib».


Pənah Hüseyn onu da bildirib ki, müxalifət sanksiyalaşdırılmamış aksiyalar keçirə bilər.



Günün bütün mövzuları

XS
SM
MD
LG