Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:06

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür


Son dövrlər uşaqlar arasında tənəffüs yolları və sinir sisteminin xəstəlikləri geniş yayılıb

Son dövrlər uşaqlar arasında tənəffüs yolları və sinir sisteminin xəstəlikləri geniş yayılıb

1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Elə həmin tədbirdə də iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.


Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.


Bu ilin 5 ayı ərzində Azərbaycanda yeni doğulmuş körpələrin 54 faizi oğlan, 46 faizi isə qız olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il doğulmuş körpələrdən 0,6 faizi tələf olub.


8 saylı uşaq poliklinikasının baş həkimi Zəhra Mehdiyevanın sözlərinə görə, son dövrlər uşaqlar arasında tənəffüs yolları və sinir sisteminin xəstəlikləri geniş yayılıb. Mütəxəssis uşaqlarda sinir xəstəliklərinin doğum əsnasında yarandığını deyir. Bununla yanaşı azyaşlılar vitamin çatışmazlığından da müxtəlif xəstəliklərə tutulur. Zəhra Mehdiyeva əlavə edib ki, körpələr arasında infeksion xəstəliklər mövcud olsa da, geniş yayılmayıb.


Uşaqların ən çox əziyyət çəkdiyi isə qan və kəskin resperator xəstəlikləridir. Uşaqlar arasında kəskin resperator xəstəlikləri daha çox mövsümlə əlaqədar əmələ gəlir. Peyvəndlərin aparılmasına gəlincə isə baş həkim bildirib ki, hökumət bu aksiyanın həyata keçirilməsi üçün vəsait ayırıb: «Uşaqlara vərəm, hepatit peyvəndləri vurulur. Bu peyvəndlər uşaqlar doğulandan 7 yaşına qədər davam edir».


Zəhra Mehdiyevanın sözlərinə görə, uşaqların peyvənd olunması üçün sahə həkimləri doğulduğu tarixdən onları qeydiyyata alır. Məktəb yaşlı uşaqlarda müxtəlif infeksion xəstəliklərə yoluxmanın qarşısını almaq üçünsə peyvəndləmə prosesi tədris ocaqlarında aparılır.


ANS PRESS


Günün bütün mövzuları

XS
SM
MD
LG