Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55

Şəkidə başlayıb, Yevlaxda davam edən və Ağdaşda başa çatan qurultay...


Akif Nağı, 29 iyun 2007

Akif Nağı, 29 iyun 2007

Mayın 31-də polis Qarabağ Azadlıq Təşkilatına (QAT) Bərdədə qurultay keçirməyə imkan verməyib. Təşkilatın sədri Akif Nağı polisin onları həbslə hədələdiyini bildirib.

Akif Nağı deyir ki, təşkilatın növbəti qurultayının Ağdam, Bərdə və Tərtər rayonlarından birində keçiriləcəyi barədə adıçəkilən rayonların icra hakimiyyətlərinə hələ 1 ay əvvəl məktub göndərilib, amma həmin məktublara cavab almayıblar.


«Azərbaycan hakimiyyəti bütün cəhdlə çalışır ki, cəmiyyətdə Qarabağ sözü deyilməsin. Qarabağ unudulsun. Düz bir ay bundan əvvəl Ağdamın, Tərtər və Bərdənin icra başçılarına məktub vermişik ki, biz QAT-ın qurultayını Qarabağda keçirmək istəyirik. Burda məqsəd odur ki, Azərbaycan cəmiyyətinin, dünya birliyinin diqqətini bir daha Qarabağ məsələsinə cəlb edək. Bir ay gözlədik, heç birindən cavab olmadı. Yalnız dünən axşam Ağdamın icra başçısından cavab gəlib ki, olmaz, icazə vermirik. Çox kobud, təhqiramiz şəkildə Azərbaycan polisi bizim qarşımızı kəsdi. Bizi indi də izləyirlər. Dalımızca polis gəlib, bizi Yevlaxdan da çıxarır».


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, QAT qurultayı icazəsiz keçirmək istəyirdi, ona görə də polis bunun qarşısını alıb.


***


Ancaq təşkilat günün sonunda qurultayı keçirməyə nail ola bilib. Akif Nağı «Azadlıq» radiosuna bunları deyib: «Biz qurultaya Şəkinin Çay Qaraqoyunlu kəndində başladıq. Amma bütün rayon polisi ayaq üstə idi. Ona görə də qurultay yarımçıq qaldı. İkinci hissə Yevlax rayonunda keçirildi. Yenə polis töküldü və bizdən ərazini tərk etməyi tələb etdilər. Çx çətinliklə qurultayı Ağdaş rayonu ərazisində yekunlaşdıra bildik».


Günün bütün mövzuları

XS
SM
MD
LG