Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:27

Hakan Şükür növbəti mövsümdən «Xəzər-Lənkəran»da çıxış edə bilər


«Xəzər-Lənkəran» Azərbaycan futbolundakı ən böyük transferini reallaşdıra bilər

«Xəzər-Lənkəran» Azərbaycan futbolundakı ən böyük transferini reallaşdıra bilər

«Xəzər-Lənkəran» Azərbaycan futbolundakı ən böyük transferini reallaşdıra bilər. Klubun rəsmi saytının məlumatına görə, «Qalatasaray» kulubunun sabiq forvardı Hakan Şükür növbəti mövsümdən etibarən «Xəzər-Lənkəran»da çıxış edə bilər: «Artıq rəhbərlik bu yöndə futbolçu ilə ilkin danışıqlar aparıb».


«Qalatasaray» klubundan yeni təklif almayan Şükür karyerasını davam etdirmək niyyətində olsa da, hələlik son qərarını açıqlamayıb. Ona doğma klubunda məşqçi vəzifəsində çalışmaq təklifinin də edildiyi bildirilir.


Hakan Şükür karyerası ərzində 8 Türkiyə çempionluğu, 5 Türkiyə Kuboku, 1 UEFA Kubokunu qazanıb. 2002-ci ildə futbolçu Dünya Çempionatının bürünc medallarına sahib çıxıb.


«Xəzər-Lənkəran» Azərbaycanı UEFA Kubokunda təmsil edəcək . Daxili transferdə heyətin əksər üzvləri ilə müqavilə yeniləməyə hazırlaşan rəhbərlik yaxın günlərdə transferə çıxarılacaq futbolçuların da siyahısını açıqlayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG