Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:32

«Bu, pis qanunun daha da pisləşməsidir»


«Əgər komissiyaların paritetliyi yoxdursa, bu layihə demokratik olmayacaq»
«Əgər komissiyaların paritetliyi yoxdursa, bu layihə demokratik olmayacaq»

«Mən müxalifətin seçkiyə getməyinin tərəfdarlarından və ideoloqlarından biriyəm. Seçki Məcəlləsi bu şəkildə qəbul olunsa, mən də seçkiyə getməməyin tərəfdarı olacağam».


Mayın 30-da parlamentdə Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərin müzakirəsi zamanı deputat Pənah Hüseyn belə deyib. Onun sözlərinə görə, Məcəllədə əsas məsələ nəyin nəzərdə tutulması və ya tutulmamasında deyil: «Əgər komissiyaların paritetliyi yoxdursa, bu layihə demokratik olmayacaq. Bu, yaxşı qanunun pisləşməsi deyil, bu, pis qanunun daha da pisləşməsidir».


YAP icra katibi Əli Əhmədov isə deyir ki, irəli sürülən müddəalar Seçki Məcəlləsinin təkmilləşməsinə xidmət edir.


Milli Məclisdə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin iki gün müzakirə olunacağı gözlənilir.


Seçki Məcəlləsinə dəyişikliklərin sayı ümumilikdə 86-dır.


Təklif edilən əlavə və dəyişikliklərdə prezidentliyə namizədlərin təbliğatı üçün Seçki Fondunun məbləği 10 milyon manata qədər artırılır. Millət vəkilliyinə namizədlər üçün isə bu məbləğ 500 min manat olur.


Həmçinin Cinayət Məcəlləsində seçki prosesinə müdaxiləyə görə, cəza nəzərdə tutulan müddəalar eyni zamanda Seçki Məcəlləsinə də daxil olunur. Çıxışda sorğunun («exit-poll») qeydiyyatı qanunvericiliklə təsbit olunur. Eləcə də təbliğat-təşviqat materiallarının müəyyənləşdirilmiş yerlərdə vurulması qaydaları da müəyyənləşdirilir. Onların dövlət obyektlərinin binalarına vurulması isə yasaq edilir.


Əlavə və dəyişikliklərdə seçki komissiyalarının tərkibinin dəyişməsi yer almayıb. Dövlət televiziyasında və rəsmi mətbuat orqanlarında seçki təbliğatının aparılması isə qadağan olunur, seçki kampaniyasına və seçki təşviqatına ayrılan müddət isə azaldılır. Bundan başqa, seçici siyahılarında adları olmayan vətəndaşlar məhkəməyə müraciət etməyəcəklər və şəxsiyyət vəsiqələrini göstərməklə seçkiyə qatıla, səs verə biləcəklər.


Müxalifət hesab edir ki, bu dəyişikliklər qeyri-bərabər mübarizə şəraitini daha da artıracaq.


Venesiya Komissiyası Seçki Məcəlləsinə yekun rəyini gələn ayın birinci yarısında açıqlayacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG