Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:25

«Sərbəst toplaşmaq azadlığı haqqında» qanun dəyişdirildi


Müsavat deputat qrupu səsvermədə iştirak etməyib

Müsavat deputat qrupu səsvermədə iştirak etməyib

Mayın 30-da keçirdiyi iclasda Milli Məclis «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna əlavə və dəyişiklikləri qəbul edib. 92 nəfər layihənin lehinə, 2 nəfər əleyhinə səs verib.


Müsavat deputat qrupu səsvermədə iştirak etməyib.


Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda yaşayan vətəndaşlığı olmayan şəxslərə və xarici vətəndaşlara kütləvi aksiyalar keçirmək hüququ verilib. Bundan başqa, toy, yas mərasimlərini kütləvi aksiyaya çevirmək qadağan edilib. Dövlət orqanları qarşısında aksiya keçirmək üçün 300 metrlik məsafə 200 metrə qədər azaldılıb. Kütləvi aksiyaların təşkilatçıları 5 gün əvvəl şəhər və rayon İcra Hakimiyyəti orqanlarına müraciət etməlidirlər. İcra Hakimiyyəti orqanları isə aksiyanın təyin olunduğu vaxta 3 gün qalmış təşkilatçılara cavab verməlidir. Məhkəmələr isə 2 gün müddətində kütləvi aksiyanın keçirilməsi ilə bağlı şikayətlərə baxmalıdır.


***


Parlament mayın 30-da «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna əlavə və düzəlişlərin müzakirəsinə başlayıb. Hakim partiyadan olan deputatlar hesab edirlər ki, bu dəyişikliklər insan hüquq və azadlıqlarını tam təmin edir. Vətəndaşların sərbəst toplaşaraq öz fikirlərini ifadə etmək üçün tam şərait yaradır.


Müsavat deputat qrupundan olan İltizam Əkbərli bildir ki, bu qanun əslində sərbəst toplaşmaq hüququnu məhdudlaşdırır: «Qanundakı qeyri-müəyyənliklər, sonradan ağla gəlməyən məhdudiyyətlərin icad olunmasına gətirib çıxaracaq».


Deputatların əsas fikir ayrılığı qanun layihəsinin 8-ci maddəsi ilə bağlıdır. Həmin maddədə göstərilir ki, beynəlxalq və ya dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi ərəfədə kütləvi aksiyalar qadağan olunur. Bəzi deputatlar deyir ki, layihədə «ərəfə» sözünün yazılması düzgün deyil, bu konkretləşdirilməlidir. Çünki icra hakimiyyəti bundan istifadə edərək, uzun müddətə aksiyaların keçirilməsinə qadağa qoya bilər.


Bəzi millət vəkilləri bildirilər ki, bu əslində qanuna əlavə və dəyişikliklər yox, ümumiyyətlə onun təzədən işlənməsidir. Belə fikri spiker Oqtay Əsədov da deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG