Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:33

«Ölüm beşiyi»


«Toz-torpaq bürümüş paytaxt Bakıda sağlam yaşamaq çətinləşir»
«Toz-torpaq bürümüş paytaxt Bakıda sağlam yaşamaq çətinləşir»

«Vəziyyət bu cür davam etsə, paytaxt Bakıda sağlam yaşamaq mümkün olmayacaq. Xəstəliklər, insan ölümü halları artır, Bakının adı dünyanın ən çirkli şəhərləri sırasında turistlərin gözündən düşür. Təsəvvür edin, Bakı çirklilik dərəcəsinə görə hətta dünyanın ən geri qalmış Mozambik kimi ölkələrin iri şəhərlərini də ötüb keçib». Bu barədə «Gün səhər» araşdırma dərc edib.


Müəllif Elxan Salahov yazır ki, son illər ətraf mühitin monitorinqinin nəticələri Bakıda ekoloji durumun heç də yaxşı olmadığını söyləməyə əsas verir. «Antropogen amillərin ətraf mühitə mənfi təsirinin artması ciddi problem olaraq qalır. Üstəlik, Bakıda çirklənmənin səviyyəsi bütün sahələrdə - atmosferdə, torpaqlarda, su obyektlərində, radiasiya fonunda artır».


Qəzet bildirir ki, ekoloji vəziyyətini ağırlaşdıran əsas amillər sırasında şəhərdə təmir-tikinti işlərinin artmasını xüsusi yer tutur: «Bir vaxtlar küləklər şəhəri kimi tanınan Bakı indi tikinti meydanına çevrilib. Bina tikməyin, abadlıq işləri aparmağın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Yeni binalar tikilərkən və ya köhnə binalarda təmir işləri aparılarkən ətrafa yayılan toz Bakının üzərini qatı duman kimi alır».


«Azərbaycanda qəzet oxumurlar. Kütləvi informasiya vasitələri adlanan strukturun qəzet və jurnallarda çalışanları sanki yer dəyirmanları ilə vuruşan lamançlı idalqonun əyalət variantlarıdır.


Qəzetlərin tirajları aşağı, alınma faizi acınacaqlı, maliyyə durumlarından isə danışmağa belə, dəyməz». «Ekspress» «Hərəyə bir qəzet» adlı məqaləsində belə yazır.


«Ölkədə gündəlik ictimai-siyasi qəzetlər arasında tirajı 10 min nüsxəni aşanı yoxdur. Daha doğrusu, ən yaxşı halda və ən çox satılan qəzetin tirajı 5-6 mindir».


Dövlət qəzetləri prezident İlham Əliyevin Finlandiyaya rəsmi səfərinə xüsusi diqqət ayırıblar. «Azərbaycan» xəbər verir ki, İlham Əliyev finlandiyalı həmkarı Tarya Halonenlə görüşündə bir sıra məsələləri müzakirə edib. Prezident Tarya Halonen Azərbaycan dövlət başçısının Finlandiyaya rəsmi səfərlərinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi bildirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG