Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:05

«Korrupsiyanı ləğv edin, ticarəti sadələşdirin»


«Ən əsası korrupsiyanı ləğv edin və ticarəti sadələşdirin»
«Ən əsası korrupsiyanı ləğv edin və ticarəti sadələşdirin»

ABŞ GUAM ölkələrini öz ərazilərində ticarətin sərbəstləşdirilməsi və qlobal bazara çıxış üçün bir sıra tədbirlər görməyə çağırır.


Bunu ABŞ Dövlət katibinin köməkçisinin müavini Devid Merkel Bakıda bəyan edib.


O, deyib ki, atılmalı addımlar sırasına yük tranziti üçün gömrük, vergi və sərhəd qaydalarının sadələşdirilməsi, korrupsiyanın ləğvi, sahibkarların hüquqlarının qorunması, onlara qarşı əsassız hüquqi maneələrin aradan qaldırılması və başqa tədbirlər daxildir:


«Həmçinin təşkilat üzvləri arasında multimodal daşınmalar haqda sazişin imzalanması vacibdir. Ən əsası korrupsiyanı ləğv edin və ticarəti sadələşdirin. Biz GUAM-la eyni dəyərlərə xidmət edirik».


Merkel xatırladıb ki, Azərbaycan istisna olmaqla GUAM-ın bütün üzvləri Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür. Onun fikrincə, bu ökələrin qlobal bazara çıxışı vacibdir. Buna görə də ABŞ Azərbaycanın da ÜTT-yə üzvlüyünü dəstəkləyir.


ABŞ rəsmisi onu da vurğulayıb ki, GUAM ölkələrinin qlobal enerji təhlükəsizliyi prosesində rolu artıb. Belə ki, onlar enerji resurslarının nəqli sahəsində inhisarın qarşısının alınmasında iştirak edirlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG