Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Dünya kaset bombalara qarşı…


Kaset bombalarını müharibə vaxtı havadan, xüsusi yeşikdə atırlar
Kaset bombalarını müharibə vaxtı havadan, xüsusi yeşikdə atırlar

Kaset bombaların qadağan olunmasına 100-dən çox ölkə razılıq verib. Müqavilə rəsmən mayın 30-da qəbul olunmalı, dekabrda isə imzalanmalıdır. Razılıq İrlandiya paytaxtı Dublində keçirilən toplantıda əldə olunub.


«Bu çox güclü, çox müsbət sənəddir. Bu sənəd beynəlxalq davranış qaydalarında yeni norma yaradır. Yeni normaya görə kaset bomba ehtiyatlarının saxlanması yolverilməzdir, onların saxlanması ləkədir. Bu sənəd həm də o deməkdir ki, partlayıcılardan istifadə beynəlxalq aləm üçün yolverilməz olmağa başlayır».
Bu fikirlər Tomas Naş deyir. O, beynəlxalq qrupun Kaset Bombaları Ehtiyatı Koalisiyasının başçısıdır.


Kaset bombalarını müharibə vaxtı havadan, xüsusi yeşikdə atırlar. Havada partlayan yeşik minlərlə kiçik bombanı geniş əraziyə dağıdır. Adətən parlaq rənglənmiş bombalar uşaqların diqqətini cəlb edir

Kaset bombalarının qadağası barədə təbliğatı məhz Naş aparıb və Dublində keçirilən toplantıda razılıq əldə olunub. Razılığa görə 111 ölkə kaset bombalarından heç vaxt istifadə etməyəcəyinə, belə bomba istehsalı ilə məşğul olmayacağına söz verir.


Kaset bombalarının ən pis cəhəti odur ki, onlar müharibədən sonra belə minlərlə adamın ölümünə, şikəstliyinə səbəb olur. Çünki kaset bombası mina kimidir, onun düşdüyü yer illərlə təhlükə obyekti olaraq qalır. Kaset bombalarını müharibə vaxtı havadan, xüsusi yeşikdə atırlar. Havada partlayan yeşik minlərlə kiçik bombanı geniş əraziyə dağıdır. Adətən parlaq rənglənmiş bombalar uşaqların diqqətini cəlb edir.


Kaset bombaların ən böyük istehsalçıları bombaların qadağan olunması barədə sənədə imza atmayıb. Bu isə sənədin əhəmiyyətinə şübhə yaradır. Müqaviləyə imza atmayanlar Birləşmiş Ştatlar, Rusiya, Çin, Hindistan, İsrail və Pakistandır. Bu ölkələr kaset bombalarını çox əhəmiyyətli hesab edirlər, çünki məhz kaset bombaları müharibə zamanı düşməni böyük əraziyə buraxmamağa kömək edir.


Amerika Dövlət Departamentinin sözçüsü Tom Casey deyib ki, Vaşinqton kaset bombaların əleyhinə olanların humanizmini bölüşür. Amma kaset bombaları hərbi baxımdan nə qədər sərfəli olduğunu göstərib və onların Amerika silah ehtiyatları sırasından çıxarılması Amerika əsgərlərinin və onların müttəfiqlərinin həyatını təhlükə altında qoyur. Amma Vaşinqton BMT-nin kaset bombalarıyla bağlı apardığı danışıqlara maraqla yanaşdığını bildirir. Kaset bombalardan Kosovada, Əfqanıstan, Livan, Kambocada istifadə olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG