Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:10

Əfqanıstandakı sühməramlıların sayı iki dəfə artırılır


Xarici İşlər nazirinin müavini Araz Əzimov
Xarici İşlər nazirinin müavini Araz Əzimov

Azərbaycan Əfqanıstanda xidmət edən hərbçilərinin sayını iki dəfədən çox artırmağa qərar verib.


Xarici İşlər nazirinin müavini Araz Əzimov mayın 29-da belə deyib.


Onun sözlərinə görə, Əfqanıstandakı kontingentin sayı 100 nəfərə çatdırılacaq. Məsələ ilə bağlı ölkə parlamentinə müraciət olunub və yaxın vaxtlarda buna baxılacaq.


Əzimov deyib ki, bu qərar Azərbaycanın öz hərbçilərini Kosovodan çıxarması ilə əlaqədardır:


«Prinsipiallıq belədir ki, NATO-da bizim sülhməramlılarımızı Kosovodan çıxarmağımıza qısqanırlar. Hesab edirlər ki, bununla biz Alyansın missiyasını sual altına almaq istəyirik. Biz isə dedik ki, orada olmağımız üçün sadəcə olaraq, siyasi və hüquqi mövqelərimiz uyğun gəlmir. Əvəzində Əfqanıstandakı hərbçilərimizin sayının 100-dək artırılması həyata keçiriləcək».


Azərbaycan 2002-ci ildən Əfqanıstanda sülhyaratma əməliyyatlarında 22 hərbçi ilə iştirak edir. Ötən ilin sonlarında ölkə parlamenti onların sayını 44-dək artırıb.


Bir çox müşahidəçilərə görə, Bakı indi Əfqanıstana daha çox hərbçi göndərməyi vəd etməklə NATO ilə əlaqələrini dərinləşdirməyə çalışır.


Hazırda İraqda 150 Azərbaycan hərbçisi xidmət edir.


Kosovo müstəqilliyini elan etdikdən sonra bu ilin aprelində Azərbaycan orda xidmət edən 32 sülhməramlısını geri çağırıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG