Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:47

Amerika GUAM-ı demokratik islahatlara çağırır


Səfir deyir ki, GUAM artıq regional və dünya miqyaslı məsələlərdə rolunu artırıb

Səfir deyir ki, GUAM artıq regional və dünya miqyaslı məsələlərdə rolunu artırıb

Amerika Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı demokratik islahatlara və Avroatlantik məkana inteqrasiyaya çağırır.


Bunu ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi mayın 29-da Bakıda GUAM-ın inkişafına həsr olunan tədbirdə bəyan edib:


«ABŞ inanır ki GUAM xüsusilə birgə demokratik dəyərlərin inkişafı vəzifəsilə regional təhlükəsizliyi təmin edə bilər. Demokratik dəyərlərə bağlılıq demokratik islahatların keçirilməsi və Avroatlantik məkana inteqrasiya bu bölgədə yerləşən dövlətlərin müstəqillilyi, təhlükəsizliyi və tərəqqisinin təminatının ən yaxşı yoludur».


Səfir deyib ki, GUAM artıq regional və dünya miqyaslı məsələlərdə rolunu artırıb: azad ticarət zonası yaradıb, qlobal enerji təhlükəsizliyində rol oynayır və fövqəladə hallara cavab tədbirlərini həyata keçirə bilir.


Dersi vurğulayıb ki, bütün bunlar elə ABŞ-ın da məqsədləridir və indi Vaşinqton GUAM çərçivəsində Ümumavropa standartlarını inkişaf etdirə bilən proqramları nəzərdən keçirir.


Səfir onu da deyib ki regionun təhlükəsizliyi GUAM ölkələrindəki münaqişələrin dinc həll yolunun tapılmasından asılıdır. Buna görə də ABŞ ATƏT-lə birlikdə səylərini davam etdirəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG