Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:01

2007-ci ildə insan haqlarının vəziyyəti bir az da pisləşib


Azərbaycan həbsxanalarının çoxunda şərait həyat üçün təhlükəlidir
Azərbaycan həbsxanalarının çoxunda şərait həyat üçün təhlükəlidir

Amerika Dövlət Departamenti azadlıq və demokratiyanın inkişafıyla bağlı hesabatını yayıb. Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, hökumətin insan haqlarıyla bağlı göstəriciləri zəifdir və 2007-ci il vəziyyət bir az da pisləşib.


Hərbi və polis məntəqələrində işgəncə, məhbusların döyülməsi nəticəsində keçən il 4 nəfər ölüb. Təhlükəsizlik qüvvələri cəzasız qalmaqdadır. Bəzi irəliləyişlərə baxmayaraq, Azərbaycan həbsxanalarının çoxunda şərait həyat üçün təhlükəlidir. Məhbusların, xüsusilə də siyasi məhbusların məhkəməyə qədər saxlanması halları davam edir.


Hökumət adamları siyasi motivlə həbs edir. Ədliyyə sistemində korrupsiya, sərbəst toplaşmaq azadlığına məhdudiyyət qalmaqdadır.


Departament bildirir ki, keçən il Azərbaycanda mətbuatın vəziyyəti bir az da pisləşib. Dini azlıqlara, qadınlara qarşı zorakılıq davam edir. Amerika Dövlət Departamentinin hesabatında belə deyilir.


Hökumət rəsmiləri isə bildirirlər ki, bu tip hesabatlar həqiqəti əks etdirmir və əsasən müxalifətdən alınmış informasiyalar əsasında hazırlanır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG