Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:05

Müsavat Partiyası Rəsulzadənin abidəsi önündə mitinq keçirib


Mayın 28-də Müsavat Partiyası Məmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsi önündə mitinq keçirib. Müsavat Partiyasının funksioneri Arif Hacılı mitinqdə çıxış edərək hökumətin Azərbaycan Xalq Cümhuriyyətinə qısqanc münasibət bəslədiyini deyib. Onun sözlərinə görə, mövcud iqtidar Cümhuriyyət liderlərinə layiq olduğu qiyməti hələ də verməyib. Mitinqdə M.Ə.Rəsulzadəyə həsr olunmuş şeirlər də səsləndirilib.


Azərbaycan Xalq Cümhuriyyəti 1918-20-ci illərdə mövcud olub. Məmməd Əmin Rəsulzadə Cümhuriyyətin Milli Şurasının ilk sədri olub.


Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 ili tamam olur.


XS
SM
MD
LG