Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:38

«NATO-ya inteqrasiyada Ermənistandan da geridəyik»


Azərbaycan-NATO əlaqələrinin inkişafına ictimai dəstəyin təşkili üçün klub yaradılıb

Azərbaycan-NATO əlaqələrinin inkişafına ictimai dəstəyin təşkili üçün klub yaradılıb

Mayın 27-də Azərbaycanda Atlantik Klub təsis edilib. Klubun təsisçiləri onun əsas məqsədi kimi Azərbaycan-NATO əlaqələrinin inkişafına ictimai dəstəyin təşkilini göstərdilər. Bu barədə «Bizim Yol» yazıb.


Avroatlantika Əməkdaşlıq Assosiasiyasının sədri Sülhəddin Əkbər bildirib ki, Azərbaycanda «demokratiyaya keçid və NATO-ya üzvlük proseslərinə, ölkənin qloballaşan dünyada öz yerini tutmasına dəstək vermək niyyətindəyik».


O, deyib ki: «Azərbaycan artıq uzun illərdir müstəqilliyini əldə etsə də, hələlik doğru strateji seçimini etməyib. Dünyada və regionda gedən demokratikləşmə prosesi Azərbaycandan yan keçməyəcək. Bu, yalnız zaman məsələsidir. Biz isə bu zamanı qısaltmaq istəyirik. Azərbaycanla fərdi əməkdaşlıq planı başa çatsa da, o, yenidən bu planın icrasını davam etdirməlidir. Bu fəaliyyətin indiyədək açıqlanmaması da ciddi qüsurdur. Halbuki Ermənistan XİN saytında bu plan açıqlanıb. Bu məsələdə də Ermənistandan geri qalırıq».


«Seçkiyə inam sarsılır...»-Ümid Partiyasının icra aparatının rəhbəri Nəsimi Məmmədli «Gün səhər»ə açıqlamasında belə deyib.


«Hesab edirik ki, prezident seçkilərinin bu mərhələsində cəmiyyətin siyasi aktivliyi olduqca aşağıdır. Bunun səbəbi ölkəmizdə indiyə qədər keçirilən seçkilərdən nə alternativlərin, nə də beynəlxalq təşkilatların razı qalmasıdır. Hər seçkinin nəticələri haqqında həmişə şübhəli rəylər olub, alternativlər seçkilərin nəticələrini tanımadıqlarına dair mövqe ortaya qoyublar. Çox zaman bu iddialar haqlı olub. Nəticədə xalqın seçkiyə olan inamı azalıb».


«Azadlıq» yazır ki, «Müxalifət düşərgəsi birmənalı olaraq hesab edir ki, əgər Seçki Məcəlləsi bu şəkildə qəbul olunsa, bu, seçkilərin taleyinin bəribaşdan həll olunması deməkdir. Amma maraqlıdır ki, bununla belə bəzi müxalifət qüvvələri sonrakı addımlarının nədən ibarət olacağını açıqlamırlar».


Qəzet yazır ki, «Azadlıq» bloku ortaya qəti mövqe qoyub: Seçki Məcəlləsində islahatlar aparılmasa, demokratik qüvvələrin təklifləri nəzərə alınmasa, blok seçkiyə qatılmayacaq, boykot yolunu tutacaq».


«Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında bir tarixi hadisə idi. İlk dəfə olaraq Şərqdə, müsəlman aləmində demokratik respublika yaranmışdı. Azərbaycan xalqı üçün isə bu, xüsusi əhəmiyyətli hadisə idi. Azərbaycan xalqı öz müstəqil dövlətini yaratmışdı». Bu sözləri Xalq Cümhuriyyətinin 90-cı ildönümü ilə bağlı keçirilən rəsmi qəbulda prezident İlham Əliyev bildirib.


«Azərbaycan» qəzeti yazır: dövlət başçısı bəyan edib ki, Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin, onun qurucularının fəaliyyətinə həmişə böyük hörmətlə yanaşmışdır, onların fəaliyyətinə böyük qiymət vermişdir.



Günün bütün mövzuları

XS
SM
MD
LG