Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

AŞPA Azərbaycanın təcili 3 addım atmağını istəyir


Yekun qətnamə Parlament Assambleyasının plenar iclasında müzakirə ediləcək

Yekun qətnamə Parlament Assambleyasının plenar iclasında müzakirə ediləcək

Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşdiyinə dair qətnamə layihəsi təsdiq edilib. Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsinə görə dərin narahat olduğunu bildirib.


Qətnamə layihəsində deyilir ki, yaranmış vəziyyət prezident seçkilərinin demokratik standartlara müvafiq keçirilməsi üçün hakimiyyətin göstərdiyi səylərə də zərər vurur.


Monitorinq Komitəsi qeyd edir ki, Azərbaycanda söz və toplaşma azadlığı sahəsində mövcud məhdudiyyətlər Avropa Şurasının üzvü olan bir ölkə üçün qəbuledilməzdir.


Sənəddə siyasi məhbuslar probleminin həll edilmədiyi də qeyd olunub.


AŞPA-nın Monitorinq Komitəsi Qənimət Zahid, Sakit Zahidov və Eynulla Fətullayev kimi müxalifət qəzetlərinin əməkdaşları və digər 5 siyasi məhbusun azadlığa buraxılmasına çağırır.


Monitorinq komitəsi oktyabr seçkilərinə kimi Azərbaycana «yol xəritəsinə» müvafiq 3 təcili addım atmağın zəruriliyini qeyd edir. Bunlar seçki komissiyalarının balanslı təşkil olunması, bütün siyasi partiyalara və bloklara bərabər şəkildə dövlət KİV-də pulsuz efir və yer verilməsi, və müxalifətə kütləvi aksiyalar keçirməyə icazə verməyi təmin etməkdir.


Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə isə qətnamə layihəsində qeyd olunur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməməsi davamlı demokratik inkişafı çətinləşdirir.


Azərbaycanda demokratik institutların fəaliyyətinə dair yekun qətnamənin isə Parlament Assambleyasının iyun ayındakı plenar iclasında müzakirə ediləcəyi gözlənilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG