Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:21

Seçici siyahıları təsdiqləndi


Pənahov siyahılar üzrə dəqiqləşdirmələrin seçki gününə qədər davam edəcəyini bildirib

Pənahov siyahılar üzrə dəqiqləşdirmələrin seçki gününə qədər davam edəcəyini bildirib


2008-ci ilin payızında Azərbaycanda keçiriləcək prezident seçkisində 4 834 584 vətəndaşın səsvermə hüququ olacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun mayın 27-də keçirilən toplantısında seçici siyahılarının artıq təsdiqləndiyini bildirib: «Seçici siyahılarının tərtib olunmasında məsuliyyət yerli icra strukturları və bələdiyyə sədrlərinin üzərinə düşür. Azərbaycandakı seçici siyahıları yüksək səviyyədə tərtib olunub. Onu da deyim ki, dünyanın heç bir ölkəsində ideal seçici siyahısı yoxdur».


«Ümid» Partiyasını MSK-da təmsil edən Akif Qurbanov isə seçici siyahılarının dəqiq tərtib olunmadığını bildirir. Onun sözlərinə görə, məntəqələr üzrə seçicilərin sayı Komissiyanın elan etdiyi rəqəmlərdən azdır.


MSK sədri Məzahir Pənahov isə siyahılar üzrə dəqiqləşdirmələrin seçki gününə qədər davam edəcəyini bildirib və vətəndaşları bu məsələdə fəal olmağa çağırıb. Bu məqsədlə Komissiyada qaynar xətt yaradılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG