Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:06

«Saakaşvili seçkidə çox yer qazandı, amma itirdiyi daha çoxdur»


«Seçkidə pozuntularla bağlı sənədlər gürcü müxalifətinə layiq olmadığı haqqı verir»

«Seçkidə pozuntularla bağlı sənədlər gürcü müxalifətinə layiq olmadığı haqqı verir»

«Mixail Saakaşvili parlament seçkisində çox yer qazandı, amma itirdiyi daha çoxdur». David Kakabadze və Brian Whitmore Gürcüstanla bağlı şərhə belə başlayıy. Şərhçilər hesab edirlər ki, parlamaq istəyən Saakaşvilinin bu seçkiyə ehtiyacı var idi. Xeyli tənqid olunan prezident seçkisindən sonra Saakaşvili bilirdi ki, parlament seçkisi ona baha başa gələ bilər. Gürcüstanın NATO arzusu, Qərbin Abxaziya məsələsində Tbilisini müdafiə etməsi, Rusiyaya qarşı mübarizədə bir yığın müdafiəçi və nəhayət, Saakaşvilinin özünün nüfuzu…


M.Saakaşvili partiyasının tam qələbəsini istəyirdi, çünki fəallaşan müxalifət onun nüfuzuna şübhə yaratmağa başlamışdı.


Noyabrda müxalifətin aksiyasını zorla dağıdan gürcü hökuməti beynəlxalq aləmin qınağıyla üzləşmişdi. Bəlkə buna görə Saakaşvili müxalifətə daha çox yer verməyə çalışardı, amma əlbəttə, öz partiyası və siyasi proqramı hesabına yox.


Beləliklə, məqsəd təkcə qalib gəlmək deyil, tam qalib gəlmək idi. Saakaşvili rəsmiləri qanunu pozmamağa, nəticələri saxtalaşdırmamağa, demokratik prosesə müdaxilə etməməyə çağırdı. Amma şikayətlər bülletenləri saymağa başlamamış gəldi, kimi təzyiqə məruz qaldığını, kimi qorxudulduğunu, kimi seçicinin aldadıldığını dedi. Oğlu həbsdə olan bir qadına deyiblər ki, hakim partiyanın hesabına 1500 səs yığsa, yaxınının təhlükəsizliyinə əmin ola bilər.


Saçxere regionundan bir məktəb direktoru deyir ki, ona və başqa təhsil işçilərinə təzyiq ediblər ki, müəllimləri və şagirdlərin valideynlərini hakim partiyaya səs verməyə çağırsınlar. Kvemo Kartlidə telefonla çəkilən videoda isə görünür ki, komissiya üzvləri seçiciylə birgə seçki kabinəsinə daxil olurlar. Belə hallar çox olub.



Gürcüstan əvvəlki vəziyyətinə qayıdıb. Qarşılıqlı ittihamlar, çıxılmaz vəziyyət, hərc-mərclik…

Nə baş verir? Niyə gürcü rəsmiləri seçkiyə müdaxiləni dayandırmırlar? Şərhçilər yazırlar ki, təəssüf ki, demokratiyanın gənc olduğu Gürcüstan kimi ölkələrdə köhnə vərdişlər çətinliklə tərgidilir. Prezidentin açıq çağırışlarına baxmayaraq, məmurların çoxu əvvəlki kimi əllərindən gələni edirlər ki, seçki hakim partiyanın xeyrinə qurtarsın. Bəlkə məmurlar Saakaşvilinin bəyanatlarına barmaqarası baxır, bəlkə də sadəcə siyasi vərdişlərinə uyğun hərəkət edirlər. Bəs bütün bunların seçkinin nəticələrinə təsiri nə qədərdir?


Sorğular göstərirdi ki, Gürcüstanda seçkidə hakim partiya - Milli Hərəkat qalib gələcək. Yəni sorğulara etibar etsək, Saakaşvilinin partiyası parlamentdə yerlərin üçdə ikisini də olmasa, xeyli yeri tutmalı idi və saxtakarlığa ehtiyac yox idi. Seçkiyə parçalanmış şəkildə gedən müxalifət də bunu bilirdi. Hətta hökumətin əleyhinə olan ən böyük blokun – «Vahid Müxalifət»in belə haqqında danışılası bir proqramı yox idi. Solçu leyboristlər də, sağçı respublikaçılar da seçki kampaniyası zamanı vaxtlarını bir-birini ittiham etməkdə keçirdilər. «Vahid Müxalifət»in liderləri dedilər ki, öz qələbələrindən başqa nəticəni qəbul etməyəcəklər və şərhçilərin fikrincə, bununla müxalifət seçkini hörmətdən saldı.


Seçkinin nəticələriylə razılaşmayan müxalifət dediyinə əməl etdi, mayın 26-da minlərlə adam Tbilisinin küçələrinə çıxıb parlamentə doğru irəlilədi. Şərhçilər hesab edirlər ki, müxalifət onsuz da belə edəcəkdi. Sadəcə seçkidə pozuntularla bağlı sənədlər gürcü müxalifətinə layiq olmadığı haqqı verir.
Beləliklə, Gürcüstan əvvəlki vəziyyətinə qayıdıb. Qarşılıqlı ittihamlar, çıxılmaz vəziyyət, hərc-mərclik…


Beynəlxalq müşahidəçilər isə deyirlər ki, Gürcüstanda parlament seçkisi əvvəlkilərə nisbətən daha yaxşı keçdi, hətta ölkə tarixində ən yaxşı seçki oldu. Amma Qərb demokratiyasına qovuşmağa çalışan Gürcüstan üçün bu bəs etmir. Şərhçilər hesab edirlər ki, bu seçki tək parlamaq istəyən Saakaşviliyə lazım deyildi. Parlamaq istəyən bütün Gürcüstan lazım idi.


Mayın 21-də Gürcüstanda parlament seçkisi keçirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG