Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:18

«Mənə pasportu siyasi mülahizələrə görə vermirlər»


Kərimli deyir ki, deyəsən, bu yay da xaricdən gəlmiş dəvətləri təxirə salmalı olacaq
Kərimli deyir ki, deyəsən, bu yay da xaricdən gəlmiş dəvətləri təxirə salmalı olacaq


«Hazırda xaricə səfərlə bağlı bir neçə dəvətim var. Avqustda Amerika Demokratlar Partiyasının qurultayına dəvət olunmuşam. Eyni vaxtda keçiriləcək Beynəlxalq Liderlər Forumuna da qatılmalıyam. Məhkəmənin son qərarı göstərdi ki, bu səfərlərə də mane olmaq istəyirlər».


AXCP sədri Əli Kərimli deyir ki, deyəsən, bu yay da xaricdən gəlmiş dəvətləri təxirə salmalı olacaq. Çünki ölkə sərhədlərini keçmək üçün lazım olan ümumvətəndaşlıq pasportu yoxdur.


1994-cü ildə haqqında açılan qanunsuz silah saxlama maddəsiylə bağlı işə xitam verilmədiyindən ona pasport verilmir. Əli Kərimli hesab edir ki, neçə vaxtdır məhkəmə yollarında qalması, ona pasport verilməməsi ancaq siyasi fəaliyyətiylə bağlıdır:


«Məhz siyasi mülahizələrlə, xarici səfərlərimin qarşısını almaq üçün Azərbaycan məhkəmələri iddiamı təmin etmir. İndiyə qədər heç bir Azərbaycan vətəndaşının başına gəlməyən hadisə mənim başıma gəlir. Bu işin heç bir hüquqi əsası yoxdur. Hüquqi əsası olsaydı, məhkəmədə arqumentlərini səsləndirərdilər. Siyasi mülahizələrə görə, mənə pasport vermirlər. Azərbaycan məhkəmələri sifarişlə işlədiklərinə görə, ədaləti bərpa edə bilmirəm».


AXCP sədri deyir ki, çıxış yolunu Avropa İnsan Haqları Məhkəməsinə şikayətdə görür. Bunun üçünsə yenə yerli yuxarı instansiya məhkəmələrinə şikayət etməlidir. Elə mayın 27-də onun vəkili Elçin Qəmbərov Bakı Apellyasiya Məhkəməsinə şikayət göndərib.


Mayın 26-da işə baxmış Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədov isə deyir ki, çıxardığı qərar qanunidir:


«Cinayət Prosessual Məcəllənin 449-cu maddəsinə əsaslanmışam. Həmin maddədə konkret göstərilib ki, istintaq orqanlarının hansı qərarlarından məhkəməyə şikayət vermək olar. Əli Kərimlinin şikayətinə baxılması qanunda nəzərdə tutulmur, onun şikayəti əsassızdır».


Hakim bu işdə siyasi sifarişin olmasıyla bağlı deyilənlərlə də razılaşmır.


Əli Kərimlinin vəkili Elçin Qəmbərov isə hakimin dediklərini əsassız sayır:


«Şikayətimizi təmin etməməyin heç bir əsası yox idi. Məhkəmə ona istinad etdi ki, guya cinayət işinin xətm olunması onun səlahiyyətində deyil. Bu, yalnız prokurorluq orqanlarının səlahiyyətindədir. Halbuki Cinayət Prosessual Məcəllədə bu səlahiyyət nəzərdə tutulur. Bundan başqa, Ali Məhkəmənin də məsələ ilə bağlı tövsiyəsi vardı».


Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsi isə bildirir ki, Əli Kərimlinin haqqındakı cinayət işi xətm olunmayınca, ona pasport verilməyəcək. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, məhkəmə həmin işə xətm verən gün AXCP sədri pasport alacaq:


«Əli Kərimli haqqında Respublika Prokurorluğunda cinayət işi var. Qanuna görə, belə vəziyyətdə hər hansı vətəndaşa ümumvətəndaşlıq pasportu verilə bilməz. İş xətm olunsun, pasport da verilsin».


Sözügedən cinayət işinin xətm olunmamasına görə, Əli Kərimli 2006-cı ildən ümumvətəndaşlıq pasportu ala bilmir.


Bu ilin fevralında Ali Məhkəmə AXCP sədrinin pasport iddiası üzrə şikayətini qismən təmin edib. Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib və işin mülki qaydada baxılmasına xitam verilib. Qərara alınıb ki, Əli Kərimli barəsində cinayət işinə xitam verilməsi ilə bağlı rayon məhkəməsinə müraciət olunsun.


Mayın 26-da Nəsimi Rayon Məhkəməsinin hakimi Məmməd Məmmədov həmin işin xətm olunmasına dair iddianı təmin etməyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG