Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:36

«Onlar sübut etdilər ki, Azərbaycanda həm kişi var, həm vətəndaş…»


«Cümhuriyyət generalları sübut etdilər ki, Azərbaycanda həm kişi var, həm vətəndaş…»

«Cümhuriyyət generalları sübut etdilər ki, Azərbaycanda həm kişi var, həm vətəndaş…»

«Mən hesablamışdım ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda təxminən 100-ə yaxın ali təhsilli adam olub. Onunda üçdə biri bolşevik, sosial-demokrat idi - Nərimanov kimi. Deməli, 60-70 ziyalı var idi. Amma onlar milləti arxalarınca aparırdılar. Çünki, hərəsi bir general idi, xalqda onların sözünə inam var idi. İndi Azərbaycanda 350 min ali təhsilli, diplomu olan adam var. Qarabağı müdafiə eldə bilirik? Yox. Yəni indi amorf kütlə var. Hələ bunlar üçün millət öz yerlisi, öz ailə üzvləridir. Vətən də öz oturduqları yerdir». Professor Şirməmməd Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü münasibəti ilə «Azadlıq» qəzetinə verdiyi müsahibəsində belə deyib.


Professor deyir ki, «Vətəndaş cəmiyyəti olmayan yerdə ən yaxşı söz də göyə atılan güllə kimidir»:


«23 ayda Azərbaycan dilində 60 adda qəzet, jurnal çıxıb. Çünki, hər bir partiya, eləcə də kim istəyirdi qəzet çıxara bilirdi. 18-ci il noyabrın 19-da hökumət fərman verdi ki, qəzetlər üzərində senzura ləğv olunsun. Qəzet çıxarmaq üçün hökumətə müraciət etmək lazım deyildi».


Şirməmməd Hüseynov müsahibəsində bildirir ki: «Cümhuriyyət generalları sübut etdilər ki, Azərbaycanda həm kişi var, həm vətəndaş…»


«Gün səhər» yazır ki, «ölkədə bazar davası gedir». 8-ci km.-də yanan bazarların ardınca mayın 26-da Gəncənin mərkəzi bazarını bağlayıblar.


«Gəncədə mərkəzi bazarın fəaliyyəti onun qeyri-qənaətbəxş sanitar-gigiyena vəziyyətilə əlaqədar dayandırılıb. Bu barədə bazar ertəsi şəhərin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımov məlumat verib».


A.Kazımov deyib ki, bazar rəhbərliyinə dəfələrlə sanitariya şəraitinin yaxşılaşdırılması ilə bağlı xəbərdarlıq edilib, lakin bir nəticəsi olmayıb.


«Gəncə Bazar» Açıq Səhmdar Cəmiyyətinin təsərrüfat məsələləri üzrə direktor müavini Həsən Həsənov iradlarla razılaşıb və deyib ki, bazarda yaranan antisanitariya vəziyyəti təmir işləri ilə əlaqədardır: «Hazırda təmizləmə işləri aparılır və bu işləri üç günə qurtarmaq mümkün olmayacaq. Antisanitariya şəraitində işləyən satıcılar 40 yeni satış nöqtəsi ilə təmin ediləcəklər».


Səməd Vurğun adına Rus Dram Teatrı yenidən tamaşaçıların istifadəsinə verilib.


Teatrın binasının bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimi olub. Mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər. Məlumatı «Azərbaycan» yayıb.


Rus Dram Teatrının binasında bərpa və yenidənqurma işlərinə 2006-cı ilin oktyabrında başlanmışdı. Əsaslı bərpa işləri ilə yanaşı binada müasir avadanlıq da quraşdırılıb.


XS
SM
MD
LG