Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:55

Əli Kərimlinin iddiası təmin edilmədi


Əli Kərimli 2006-cı ildən ümumvətəndaşlıq pasportu ala bilmir

Əli Kərimli 2006-cı ildən ümumvətəndaşlıq pasportu ala bilmir

Mayın 26-da Nəsimi Rayon Məhkəməsi AXCP sədri Əli Kərimlinin şikayətinin təmin olunmaması haqqında qərar çıxarıb.


Əli Kərimli 1994-cü ildə qanunsuz silah-sursat saxlama maddəsiylə haqqında açılmış cinayət işinin ləğvini istəyirdi.


AXCP sədrinin vəkili Elçin Qəmbərov məhkəmənin qərarını qanunsuz adlandırıb və apellyasiya şikayəti verəcəyini deyib:


«Şikayətimizi təmin etməməyin heç bir hüquqi əsası yoxdur. Məhkəmə ona istinad etdi ki, guya cinayət işinin xətm olunması onun səlahiyyətində deyil və yalnız prokurorluq orqanlarının səlahiyyətindədir. Halbuki cinayət-prosessual qanunvericilkdə bu səlahiyyət nəzərdə tutulur. Bundan başqa, Ali Məhkəmənin də tövsiyəsi vardı».


Sözügedən cinayət işinin xətm olnumamasına görə, Əli Kərimli 2006-cı ildən ümumvətəndaşlıq pasportu ala bilmir. Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsi bildirir ki, cinayət işinə xitam verilmədiyindən ona pasport verilə bilməz.


Bu ilin fevralında Ali Məhkəmə AXCP sədrinin pasport iddiası üzrə şikayətini qismən təmin edib. Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilib və işin mülki qaydada baxılmasına xitam verilib. Qərara alınıb ki, cinayət işinə xitam verilməsi üçün rayon məhkəməsinə müraciət olunsun.


Günün bütün mövzuları

XS
SM
MD
LG