Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:19

«Müxalifət»çilərin işi ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərilib


«Müxalifət» qəzetinin əməkdaşları Rövşən Kəbirli və Yaşar Ağazadənin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib. Müxalif mövqeli qəzetin müdafiəçiləri hesab edirlər ki, Azərbaycan prezidentinin əmisi, millət vəkili Cəlal Əliyevin şikayəti əsasında ölkədaxili məhkəmə instansiyalarının jurnalistlərə qarşı hökmləri hüquqa zidd olub.


Müdafiəçilər Avropa Məhkəməsindən ərizəçilərin Avropa Konvensiyasının ifadə azadlığı və ədalətli mühakimə hüquqlarının pozulmasının tanınmasını, onların işlə bağlı çəkdiyi xərclərin və zərərlərin əvəzinin ödənilməsinin təmin olunmasını xahiş ediblər.


Cəlal Əliyev «Müxalifət» qəzetinin 24 fevral 2007-ci il tarixli sayında dərc olunmuş «A.M.A.Y.-Əliyevlər ailəsinin ticarət nişanı» sərlövhəli məqalədən narazı qalaraq məhkəməyə müraciət edib. Yasamal Rayon Məhkəməsi 16 may 2007-ci il tarixli hökmü ilə Rövşən Kəbirli və Yaşar Ağazadənin hər birinin 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsiylə bağlı hökm çıxarıb. Jurnalistlər 7 ay 14 gün həbsdə olublar. Prezidentin əfv fərmanı ilə 2007-ci il dekabrın 29-da azadlığa buraxılıblar.


Hökmdən yuxarı məhkəmə instansiyalarına verilən şikayətlər təmin olunmayıb.


XS
SM
MD
LG