Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:43

«Azərbaycan Avropadakı dostlarının dəstəyini görmür»


«Gələcəkdə fəal olmalıyıq ki potensialımıza və reputasiyamıza uyğun cavab alaq»

«Gələcəkdə fəal olmalıyıq ki potensialımıza və reputasiyamıza uyğun cavab alaq»

«Azərbaycanın dostları sayılan ölkələrin yanlış mövqelərinə Azərbaycan vətəndaşları reaksiya verməlidir».


Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim «Eurovision» mahnı müsabiqəsinin nəticələrinə münasibət bildirərkən deyib.


O, ənənəvi mətbuat konfransında bildirib ki, «artıq ikinci dəfədir Azərbaycan beynəlxalq səsvermədə Avropadakı dostlarının dəstəyini görmür». Diplomatın sözlərinə görə, bir neçə ay əvvəl BMT-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət adlı qətnamənin səsverməsi zamanı da ümidlər özünü doğrultmamışdı.


«Amma o rəsmi mövqe idi və biz buna münasibətimizi bildirmişdik. Bu isə Avropa vətəndaşlarının mövqeyidir. Hamımız gələcəkdə fəal olmalıyıq ki potensialımıza və reputasiyamıza uyğun cavab alaq».


Azərbaycan birinci dəfə idi «Eurovision» mahnı müsabiqəsində iştirak edirdi. Belqradda keçirilən müsabiqənin nəticələrinə görə Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin ifası 8-ci yeri tutub.


Günün bütün mövzuları

XS
SM
MD
LG