Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:04

İki əsgər arasında mübahisə ölümlə nəticələnib


Oğuz rayonunun Filfilli kəndi yaxınlığındakı sərhəd zastavasında iki əsgər arasında mübahisə ölümlə nəticələnib. «Turan»ın məlumatına görə, mübahisə nəticəsində Laçın rayonundan məcburi köçkün, 1990-cı il təvəllüdlü Əşrəf Əşrəfov qətlə yetirilib. Onu qətlə yetirənin isə Sumqayıtdan hərbi xidmətə çağırılmış Namiq Abbasov olduğu deyilir.


Mübahisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.


Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti hadisəni nə təsdiq, nə də təkzib edib.


XS
SM
MD
LG