Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:52

Rəsulzadənin xatirə daşı qarşısına qoyulan əklil götürülüb


Tələbələr deyir ki, hər il bura əklil qoysalar da rektorluğun göstərişi ilə onları dərhal götürürlər
Tələbələr deyir ki, hər il bura əklil qoysalar da rektorluğun göstərişi ilə onları dərhal götürürlər

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin tələbələrinin Məmməd Əmin Rəsulzadənin xatirə daşı qarşısına əklil qoymasına icazə verilməyib. Mayın 23-də bir qrup tələbə universitet ərazisində yerləşən xatirə daşı qarşısına əklil qoyub. Onlar bunun Azərbaycan Xalq Cümhuriyyətinin 90-cı ildönümü ilə əlaqədar olduğunu bildiriblər.


Lakin az keçməmiş bir qrup şəxs əklili xatirə daşının qarşısından götürüb. Onlar bunu universitet rektorluğunun tapşırığı ilə etdiklərini bildiriblər.


Tələbələr «Azadlıq» radiosuna deyiblər ki, onlar hər il Xalq Cümhuriyyətinin yarandığı gün - mayın 28-də xatirə daşı qarşısına əklil və gül dəstələri qoysalar da, universitet rəhbərliyinin göstərişi onları dərhal götürürlər.


BDU-nun Mətbuat Xidmətinin rəhbəri Şərəf Cəlili isə «Azadlıq» radiosuna bildirib ki, rektorun belə bir göstərişi olmayıb. O, Cümhuriyyətin 90 illiyi ilə bağlı BDU-da tədbir keçiriləcəyini bildirib.


Bakı Dövlət Universiteti 1919-cu ildə Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə yaradıldığından bir müddət bu ali təhsil müəssisəsi onun adını daşıyırdı. 1992-ci ildə Rəsulzadəyə abidə ucaltmaq məqsədi ilə universitetin qarşısında xatirə daşı qoyulub. Lakin sonradan Rəsulzadənin adı universitetdən götürülüb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG