Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 01:04

«Çirkab suların 70%-i təmizlənmədən dənizə axıdılır»


«Azərsu» qurğuların təmirini başa çatdırsa, dənizə bir damla da çirkli su axıdılmaz»

«Azərsu» qurğuların təmirini başa çatdırsa, dənizə bir damla da çirkli su axıdılmaz»

Bakıda çirkab suların 70%-i təmizlənmədən torpağa və ya dənizə axıdılır. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 23-də keçirdiyi mətbuat konfransında belə deyib.


Bunu paytaxtın ən ciddi ekoloji problemi hesab edən nazir bildirib ki, ümumiyyətlə çirkab suların emalı çox aşağı səviyyədədir.


«Bakının ən ciddi problemlərindən biri çirkab suların emalının çox aşağı səviyyədə olmasıdır. Abşeron yarımadasında yalnız Hövsan təmizləyici qurğusu 30 faiz güclə işləyir».


H.Bağırov deyir ki, paytaxtın təkcə kanalizasiya sisteminin yeniləşdirilməsi üçün milyard manatlarla investisiya tələb olunur: «İki il ərzində «Azərsu» özünə aid qurğuların təmirini başa çatdırsa, dənizə bir damla da çirkli su axıdılmayacaq».


Nazir onu da bildirib ki, Abşeron yarımadasının şimal sahilində son dörd ay müddətində 61 km ərazi çirkab sulardan təmizlənib.


Günün bütün mövzuları

XS
SM
MD
LG