Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:18

Qərb diplomatları ölkədə insan haqlarının vəziyyətini müzakirə ediblər


Azər Əhmədov: «Qərb diplomatları dedilər ki, biz azad sözü dəstəkləyirik»
Azər Əhmədov: «Qərb diplomatları dedilər ki, biz azad sözü dəstəkləyirik»

Mayın 22-də Fransa səfirliyində Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri «Azadlıq» qəzetinin direktoru Azər Əhmədov və hüquq müdafiəçisi Arif Yunusla görüşüblər.


«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov «Azadlıq» radiosuna deyib ki, görüş zamanı Qərb diplomatları seçkiqabağı vəziyyət və mətbuat azadlığı ilə bağlı son durumla maraqlanıblar: «Onlar əməkdaşımız Aqil Xəlillə bağlı vəziyyətlə ətraflı maraqlandılar. Qərb diplomatları dedilər ki, biz azad sözü və demokratiyanı dəstəkləyirik».


Görüşlə bağlı Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı diplomatik missiyalarından hələlik hər hansı məlumat əldə etmək mümkün olmayıb.


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil fevralın 22-də peşə borcunu yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları olduğu iddia edilən Dağbəyi Allahverdiyev və Akif Çovdarov tərəfindən döyüldüyünü bildirir. Bu hadisədən sonra isə jurnalist ürək nahiyəsindən bıçaqlanıb. Respublika Prokurorluğu A.Xəlilin homoseksuallar tərəfindən bıçaqlandığını iddia edir. Aqil Xəlil isə bunun iftira olduğunu və istintaq zamanı müstəntiqlərin təzyiqinə məruz qaldığını deyir. Mayın 21-də Respublika Prokurorluğu Aqil Xəlilin döyülməsi ilə bağlı cinayət işinə xitam verildiyini bildirib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG