Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:29

«Mançester Yunayted» Avropa Çempionlar Liqasının qalibidir


Görüş çox gərgin şəraitdə keçib

Görüş çox gərgin şəraitdə keçib

«Mançester Yunayted» klubu futbol üzrə Avropa Çempionlar Liqasının qalibi adını qazanıb.


Qitənin klublararası ən nüfuzlu futbol turniri sayılan Çempionlar Liqasında final oyunu mayın 21-də keçirilib.


Moskvada keçirilən final qarşılaşmada «Mançester Yunayted» digər İngiltərə klubu «Çelsi»yə qalib gələ bilib.


Görüş çox gərgin şəraitdə keçib. Əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçəyələ bitən oyunda son nəticə penalti seriyasında müəyyənləşib - 6:5.


«Mançester Yunayted» 1968 və 1999-cu illərdə Çempionlar Liqasının qalibi olub.



XS
SM
MD
LG