Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:34

Azərbaycan «Eurovision»da 20-ci yerdə çıxış edəcək


Müsabiqədə Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə təmsil ediblər

Müsabiqədə Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə təmsil ediblər


«Eurovision» mahnı müsabiqəsinin finalında azərbaycanlı ifaçılar 20-ci çıxış edəcəklər. Sıralanma püşkatma nəticəsində olub. 1-ci Rumıniya, sonuncu Norveç ifaçılarının çıxışı olacaq. Final mayın 24-ə təyin olunub.


***


Azərbaycan ilk dəfə qatıldığı Belqradda keçirilən «Eurovision 2008» musiqi müsabiqəsində finala çıxıb.


Müsabiqənin birinci farımfinalı mayın 21-i gecə saatlarında keçirilib. Orada 19 ölkə iştirak edib. Azərbaycanla birgə finala çıxan ölkələr bunlardır - Yunanıstan, Rumıniya, Bosniya və Hersoqovina, Finlandiya, Rusiya, İsrail, Ermənistan, Polşa, Norveç.


Müsabiqədə Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə təmsil ediblər. Onlar «Day after day» mahnısını oxuyublar. Mahnının musiqisini Gövhər Həsənzadə, sözlərini Zəhra Bədəlbəyliyə məxsusdur.


Serbiya, Fransa, Böyük Britaniya, Almaniya və İspaniya birbaşa finalda çıxış etmək hüququ qazanıblar. Müsabiqənin 2-ci yarımfinalı mayın 22-də keçiriləcək.


«Eurovision» 1956-cı ildən keçirilir. İlk qalib İsveçrə olub.



Günün bütün mövzuları

XS
SM
MD
LG