Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:00

«Prezident Aparatından bizi qoyun kimi qovdular»


5 mindən artıq mağaza və ticarət köşkü tamamilə sıradan çıxıb

5 mindən artıq mağaza və ticarət köşkü tamamilə sıradan çıxıb

Mayın 18-i gecə saatlarında Bakıdakı 8-ci kilometr bazarı yanıb. Nəticədə 5 mindən artıq mağaza və ticarət köşkü tamamilə sıradan çıxıb. Satıcılar yanğın nəticəsində itirdikləri mallarından danışırlar:


- Malımın külü də qalmayıb, bir qəpiyim də yoxdur.


- 30 min manatlıq malım yanıb.


- Aeroport yarmarkasına, banka borcum qalıb, bilmirəm necə qaytaracağam.


- Öz pulum cəhənnəmə, tutaq ki, 3 min kompensasiya verdilər, bəs mənim 12 min manat borcumu kim ödəyəcək?!


Satıcılar arasında yanğının baş vermə səbəbləri müxtəlif cür yozulur:


- Deyirlər, qazdan yanıb, amma burada başqa məsələ də var, yandırıblar.


- Burda «stol» davası gedir.


- Gecə saat ikidə maşın gəlib bütün malımızı oğurlayıb, sonra da yandırıblar.


- Bu yarmarkanın başında üç qazan qaynayırdı, üç bazarkom baxırdı bura


- Özləri bilə-bilə yandırıblar ki, yerində bina tiksinlər.


Müstəntiq Qəhrəman Məmmədov isə yanğının baş vermə səbəblərini araşdırdıqlarını deyir: «Fərziyyələr var, amma bunları açıqlaya bilmərik. İnsanlar çox şey deyə bilərlər».


Müstəntiq deyir ki, yanğından zərərçəkmiş heç bir obyekt sığortalanmayıb: «Hansı kompensasiyadan söhbət gedə bilər? Bu məsələyə yanğının səbəbləri araşdırıldıqdan sonra baxılacaq».


Zərərçəkmişlər isə deyirlər ki, yanğınla bağlı icra hakimiyyətindən tutmuş Prezident Aparatına qədər müraciət ediblər. Aldıqları cavablar isə belə olub:


- Prezident Aparatından bizi qoyun kimi qovdular. Hətta dedilər ki, çıxın gedin, yoxsa sizi tutarıq. Əmlak Komitəsindən isə dedilər ki, səbirli olun, hər şey yaxşı olacaq.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin nümayəndəsi isə deyir ki, yalnız sığortalanmış mallara kompensasiya veriləcək: «Komitə bərpa-təmir işlərini isə öz üzərinə götürüb».













Günün bütün mövzuları

XS
SM
MD
LG