Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 06:57

Bakı və Sumqayıtın suyu kəsiləcək


Elektrik enerjisinə görə «Azərsu»nun 38 milyon manata yaxın borcu yaranıb

Elektrik enerjisinə görə «Azərsu»nun 38 milyon manata yaxın borcu yaranıb

Mayın 19-u saat 3-də «Azərsu» Açıq tipli Səhmdar Cəmiyyətinin (ASC) obyektlərinə verilən elektrik enerjisi tamamilə dayandırılacaq. Bu da Bakı, Sumqayıt, həmçinin Abşeron ərazisinin su təchizatında problem yaradacaq.


«Azərsu» ASC-dən istifadə etdiyi elektrik enerjisinə görə borcunu ala bilməyən «Sumqayıtelektrikşəbəkə» belə addım atıb. Elektrik şəbəkəsindən deyirlər ki, dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, «Azərsu» hələ də borcunu ödəməyib.


Su təsərrüfatı obyektlərində istehlak edilmiş elektrik enerjisinə görə «Azərsu»nun 38 milyon manata yaxın borcu yaranıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG