Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

«Məhkəmənin hökmü demokratik seçki prosesini qəlbindən vurur»


Martın 14-də Xətai rayon Məhkəməsi SMM-in qeydiyyatını etibarsız sayıb
Martın 14-də Xətai rayon Məhkəməsi SMM-in qeydiyyatını etibarsız sayıb

ABŞ-ın Milli Demokratiya İnstitutu Seçki Monitorinq Mərkəzinin (SMM) qeydiyyatının ləğv olunmasından dərin narahatdır.


İnstitutun bəyanatında deyilir ki, mərkəz altı dəfə müraciət etdikdən sonra bu il fevralın 12-də qeydiyyata alınıb. Ancaq aprelin 29-da Ədliyyə Nazirliyi SMM-in qeydiyyatının etibarsız sayılması tələbi ilə məhkəmə qarşısında iddia qaldırıb. İnstitut düşünür ki, ittihamlar əsasən «ünvanla bağlı sənədlərdəki uyğunsuzluq kimi kiçik texniki məsələlərlə bağlıdır».


Milli Demokratiya İnstitutunun prezidenti Kennet Uollak bildirir ki, «məhkəmənin hökmü demokratik seçki prosesini qəlbindən – vətəndaşların seçkiləri izləmək hüququndan vurur».


Uollak əlavə edir ki, «hər zaman yerli monitorinq təşkilatlarına qarşı iş qaldırılanda, bu, seçki prosesinin düzlüyünə dair narahatlıqlar doğurur. Ümidvarıq ki, nəticədə haqq-ədalət qələbə çalacaq və öz missiyasını yerinə yetirmək üçün SMM oktyabr seçkilərinə buraxılacaq».


SMM 2001-ci ildən bu yana Azərbaycanda altı seçkinin monitorinqini aparıb.


Martın 14-də Xətai rayon Məhkəməsi SMM-in qeydiyyatını etibarsız sayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG