Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

Benzin və çörək ucuzlaşacaq?!


«İqtidar ucuzlaşmaya gedərsə, burada seçki faktorunun böyük payı olacaq»

«İqtidar ucuzlaşmaya gedərsə, burada seçki faktorunun böyük payı olacaq»

«Ekspress» qəzeti:


Gələn həftənin ortasında Nazirlər Kabineti ölkədə yanacaq-sürtgü materialları, un və un məmulatlarının topdan və pərakəndə satış qiymətlərinin müzakirəsinə başlayacaq. Müzakirələrin nəticəsinə Tarif Şurasının məsləhətləri də təsir edəcək.


Bu məsləhətlər isə Azərbaycanın daxili bazarında benzinlə çörəyin qiymətinin ucuzlaşdırılmasını nəzərdə tutur.


«Ekspress»in əldə etdiyi məlumata görə, çörəyin və benzinin qiyməti 10-15 qəpik aşağı salına bilər.


Bəzi ekspertlərə görə, inflyasiyanın baş alıb getdiyi bir dövrdə iqtidar ucuzlaşmaya gedərsə, burada seçki faktorunun böyük payı olacaq.


Qazaxıstanın taxıl ixracına tətbiq etdiyi məhdudlaşdırıcı gömrük rüsumları Azərbaycanın taxıl təminatında ciddi problem yaratmışdı. Bundan başqa, Qazaxıstan daxili tələbatı tam ödəmək üçün taxıl ixracını da payızadək məhdudlaşdırmışdı. Lakin dünən (mayın 16-da) Astanada aparılan danışıqlar nəticəsində bu əngəl də aradan qaldırılıb. Qazaxıstan taxıl ixracında Azərbaycana qarşı tətbiq etdiyi məhdudiyyəti ləğv edərək 150 min ton taxıl satmağa razılıq verib...



«Ayna» qəzeti:

Yola salmaqda olduğumuz həftə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev başda olmaqla Azərbaycan nümayəndə heyəti Rusiyanın paytaxtı Moskva şəhərində səfərdə oldu. …


Moskvada olarkən R.Mehdiyev qonşu ölkənin bəzi idarəçilik təcrübəsinin Azərbaycanda da tətbiq edilməsi təklifini səsləndirdi:


«Onlar praktik olaraq, bütün sahələrdə - tikinti, sosial, sənaye və müdafiə sahələrində baş verən bütün hadisələri nəzərdə saxlayırlar. Bu, çox faydalı təcrübədir. Hesab edirəm ki, biz də bu təcrübədən istifadə etməli və ölkə üçün həyati əhəmiyyəti olan bütün strukturların fəaliyyətinə bu cür nəzarət sistemini təşkil etməliyik»…


Politoloq Zərdüşt Əlizadə R.Mehdiyevin təklifini mənasız hesab edir. Onun fikrincə, onsuz da həm Rusiyada, həm də Azərbaycanda prezident aparatı hər şeyi total nəzarətdə saxlayır.


«Zənnimcə, həmin təklif diqqəti səfərin əsas mənasından yayındırmaq məqsədi güdür. Yəni əsas məqsəd seçkiləri saxtalaşdırmaq üçün növbəti seçki fırıldaqlarını dəqiqləşdirməkdir. Mehdiyevin seçkiqabağı Moskva səfərini Qərbə mesaj kimi də qiymətləndirmirəm. Çünki hər iki tərəf öz işini çox yaxşı bilir. Azərbaycan yağlı bir toğlu kimi ortaya qoyulub və hər kəs öz tikəsini kəsib götürür. Nə Rusiya ABŞ-ın buradakı neft maraqlarını reallaşdırmağa mane ola bilər, nə də ABŞ Rusiyanın hansısa planlarına. Hakimiyyət artıq ölkəni hərraca çıxarıb» - deyən Z.Əlizadə təklifin mahiyyətinə də toxunub.



Onun qənaətincə, bu təklif azad bazar iqtisadiyyatına qarşı faktik yürüdülən siyasətin rəsmiləşdirilməsi deməkdir. «Bununla onu demək istəyirlər ki, guya, ölkədəki ifrat inhisarlaşma, inflyasiya, rüşvətxorluq və sair Prezident Aparatının kifayət qədər nəzarət etməməsi ilə bağlıdır. Əslində isə hər şey tam şəkildə aparatın nəzarətindədir. Ölkədə bir hektar torpaq belə onun nəzarətindən kənarda satıla bilməz», - deyə Z. Əlizadə fikrini yekunlaşdırıb...


Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə bəzi sahələr üzərində ciddi dövlət nəzarətinin olmasını vacib hesab edir. Onun fikrincə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, hərbi sənayenin inkişafı, əhalinin ərzaq təminatının ödənilməsi, nəqliyyat, kommunikasiya və sair sahələr dövlətin ciddi nəzarətində olmalıdır.


«Bu baxımdan Ramiz Mehdiyevin həmin təklifini yüksək qiymətləndirirəm. Təbii ki, indiyədək də Azərbaycanda həmin sahələr dövlətin nəzarətində idi. Yəni bu sahələr dövlətin nəzarətindən kənarda qalmamışdı. Söhbət həmin nəzarətin təkmilləşdirilməsindən gedir. Bu baxımdan, Rusiyada bu istiqamətdə ayrıca qurum fəaliyyət göstərir. Kremldə xüsusi bir sektor var ki, nəzarət funksiyasını yerinə yetirir. Yəni istənilən müsbət təcrübəni, hansı ölkədə tətbiq edilməsindən asılı olmayaraq, mənimsəməli və ölkəmizdə tətbiq etməliyik. Rusiya tamamilə mənfiliklərdən ibarət deyil ki! Orada da idarəçilik sistemində kifayət qədər müsbət formalar var və onlardan faydalanmağa dəyər», - deyə AVP sədri bildirib…



«Mərkəz» qəzeti:


«Azərbaycan dövləti daha bir təhlükə ilə üz-üzədir. Rusiya təzyiqlərini gücləndirmək üçün Azərbaycanda yeni separatizm meylləri axtarır».


Bu bəyanatla Milli Məclisin dünənki iclasında (16 may) millət vəkili Cəmil Həsənli çıxış etdi. O, fikrini bu yaxınlarda Rusiyanın tanınmış ali məktəblərindən birində «Qafqaz Albaniyası və ləzgi xalqları: tarixi mədəni irs və müasirlik» mövzusunda elmi-praktiki konfransın keçirilməsi ilə əsaslandırdı:


«Qafqaz Albaniyasının ərazisi bütövlükdə Azərbaycan torpağı olub. Belə bir konfrans təşkil olunur, amma Azərbaycandan bir nəfər də olsun tarixçi dəvət edilmir. Bu fakt da göstərir ki. elmi-praktik konfrans adı altında Azərbaycana qarşı yeni təsir imkanları, separatizm mənbəyi axtarılır...».


XS
SM
MD
LG